Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
21 yaşlı tanışını ürəyindən vurdu: “Su istədim, vermədi və...” - ŞOK TƏFƏRRÜAT
Tarix: 15-05-2018 | Saat: 14:42
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

21 yaşlı tanışını ürəyindən vurdu: “Su istədim, vermədi və...” - ŞOK TƏFƏRRÜAT
Bakıda tanışını ürəyindən vuraraq öldürməkdə təqsirli bilinən Zaur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, 2017-ci il noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Zaur Qasımov münaqişə zəminində Naxçıvan sakini, 21 yaşlı Xəyal Məmmədovu sinə nahiyəsindən bıçaqlayıb.
Ürəyindən zədə alan Xəyal Məmmədov yerləşdirildiyi xəstəxanada ölüb.
Məlum olub ki, hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb.
Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib.
Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.
Prokurorun çıxışından sonra təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Qasımov ittihamla özünü qismən təqsirli bilib.
O deyib ki, mərhumla hadisədən bir həftə əvvəl də mübahisələri olub: “Həmin vaxt Xəyal məni söydü. Xəyal barda işləyirdi. İkimiz də kənd uşağıyıq. Yeni-yeni münasibətimiz yaranmışdı. O, özü də mənimlə danışmaq, münasibət qurmaq istəyirdi. Siqaret alıb onun yanına getdim. Bara gedəndə ondan su istədim, amma mənə su vermədi. Gördüm ki, mənə qarşı düzgün hərəkət etmir. Bu səbəbdən mübahisəmiz oldu”.
Zaur Qasımov qeyd edib ki, birinci orda Xəyal onu söyüb: “Həmin vaxt mübahisə edəndən sonra ayrıldıq. Bir müddət sonra fikirləşdim ki, gəlsin onunla danışıb bu məsələni aydınlaşdırım. Gözlədim ki, gəlsin. Yaxınlaşıb ona dedim ki, niyə belə etmisən? Qayıtdı ki, yaxşı eləmişəm. Orada da birinci mən onu söydüm və dava başladı. Vuruşanda cibindən bıçağı o çıxardı. Mən onu vuranda bıçaq əlindən düşdü. Bıçağı yerdən götürdüm, üstümə gələndə də belə oldu. Onu öldürmək niyyətim yox idi. Bıçağı o, mənim üstümə çıxardı”.
Daha sonra mərhum Xəyal Məmmədovun hüquqi varisi kimi tanınmış, atası Qorxmaz Məmmədov ifadə verib.
O, ifadəsində təqsirləndirilən şəxsə və onun yaxınlarına qarşı xoşagəlməz ifadələr işlədib. Bu zaman məhkəmədə tərəflər arasında gərginlik yaşanıb. Hakim tərəflərə xəbərdarlıq edib.
İstintaq araşdırması zamanı məlum olub ki, 21 yaşlı Xəyal Məmmədov barmen işləyirmiş. O, həm də tələbə olub.
(publika)


Xəbəri paylaş

9158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___