23 yaşlı gəlin itkin düşüb - Ata evinə getmək adı ilə çıxmışdı - FOTO
Tarix: 11-05-2018 | Saat: 12:09
Bölmə:Karusel / Hadisə | çapa göndər
Oğuz rayon sakini itkin düşüb.
1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızı mayın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, L. Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görüblər.
S.Nəbiyevin sözlərinə görə, bacısı nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.
Qeyd edək ki, L. Nəbilinin 4 yaşlı qız övladı var. Onu görənlərdən və ya yerini bilənlərdən bu telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: +994-55-474-64-09
(report)
Xəbəri paylaş
1 0108 dəfə oxunub.
Digər xəbərlər

28-09-2017, 11:32
Oyundan sonra Bakı metrosu 1 saata 25 mindən çox sərnişin daşıyıb - FOTO
4-07-2022, 11:03
Bakıda məşhur marketdə 28 nəfər zəhərlənib
15-11-2015, 14:44
Bakıda 5 günlük uşağı küçəyə atdılar
15-03-2017, 21:21
FHN Bakı metropolitenində baş vermiş yanğınla bağlı məlumat yayıb
22-04-2015, 11:56
Sumqayıtda orta məktəbin zirzəmisində meyit aşkar edilib.
25-10-2023, 13:37
Fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklif edilir
17-07-2016, 20:25
Tərtərdə hərbi sursat aşkarlanıb
3-07-2017, 14:18
Bakıda seksual manyak tutuldu - Polislər insanların əlindən güclə aldılar - YENİLƏNİB - VİDEO - FOTO