Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin 11 ölkəni Qərbə qarşı qaldırır (FOTO)
Tarix: 08-07-2015 | Saat: 20:12
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər

Putin 11 ölkəni Qərbə qarşı qaldırır (FOTO)
Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərən yeni ölkələr sırasında Azərbaycan da var.
Rusiyanın Ufa şəhərində iyulun 9-10-da BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını birləşdirən qrup) üzvü olan ölkələrin növbəti sammiti baş tutacaq. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti də Rusiyanın sədrliyi ilə keçiriləcək.

Moskva Qərbi yeni gücü ilə hədələdi (FOTO)

Xeberaz.az-ın ANS PRESS-dən aldığı məlumata görə, sammitin indiki zamanda keçirilməsi mühüm əhəmiyyətə malikdir. Rusiya bununla Qərbə yeni meydan oxumağa hazırlaşır. Məhz elə bu məqsədlə prezident Vladimir Putin Ufada sammitlər çərçivəsində 11 ikitərəfli görüş keçirməyi planlaşdırır.


Anton Kobyakov

Sammit ərəfəsində Rusiya Federasiyası prezidentinin məsləhətçisi, ŞƏT və BRİKS sammiti üzrə Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakov maraqlı açıqlamalar verib. O deyib ki, Azərbaycan, Kamboca, Suriya, Banqladeş, Misir və Şrilanka Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərən ölkələrdir.

Onun sözlərinə görə, amma təşkilata üzv olmaq üçün meyarlar, 28 hüquqi sənəd var ki, orada təşkilata qəbulun dəqiq qaydaları yazılıb. ŞƏT-ə daxil olmazdan əvvəl bu qaydalara riayət etmək lazımdır.


Yuri Uşakov

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə sammitin proqramı barədə jurnalistlərə məlumat verib. O deyib ki, Putin Ufada sammit çərçivəsində 11 ikitərəfli görüş keçirməyi planlaşdırır. Mötəbər tədbirlərə ev sahibliyi edəcək Başqırdıstan paytaxtında Rusiya-Çin-Monqolustan dövlət başçılarının üçtərəfli görüşü nəzərdə tutulur. Vladimir Putin bu gün Ufada Koreya Xalq Respublikasının sədri Si Szipin, həmçinin Hindistanın baş naziri Narendroy Modi, həmçinin CAR prezidenti Ceykob Zuma, Belarus və Tacikistan prezidentləri Aleksandr Lukaşenki, Emoməli Rəhmənov ilə görüşlər keçirəcək. BRİKS liderlərinin qeyri-formal naharına qədər 5 görüş keçiriləcək. İndi bu ölkələrin dövlət və hökumət başçıları Rusiyaya gəliblər.
Onun sözlərinə görə, Vladimir Putin Ufada BRİKS ittifaqının üzvləri ilə də görüş keçirəcək. Həmişə olduğu kimi, indi də sammitlər çərçivəsində 11 ikitərəfli görüş, bir üçtərəfli görüş baş tutacaq.

Sammit ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin ünvanına sərt ittihamlar səsləndirib, dünyada mövcud münaqişələrin nizama salması prosesi haqqında danışıb və deyib ki, ABŞ təkbaşına heç bir münaqişəni nizama sala bilmir. Ona görə də kollektiv səylərin birləşdirilməsi lazımdır: "İndiki münaqişələrin xarakteri müasir dünyada problemləri qızışdırır. BRİKS kimi təşkilatlar bu oyundan kənarda qalır və guya nizamlama prosesi üçün bacarıqlı deyil. Halbuki, bu, belə deyil və başqa təşkilatların rolu daha effektiv ola bilər. Ancaq, təəssüf ki, nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO bu qrupa üzv deyil. Amma bilmək və anlamaq lazımdır ki, indi təkbaşına, kollektiv səylər olmadan dünyada heç bir münaqişəni nizama salmaq mümkün olmayacaq."


(BRİKS-in xəritəsi)


ŞƏT ölkələrinin əhali sayı

Beləliklə, bu həftənin sonuna yaxın dünya siyasətində yeni canlama baş verəcək. ŞƏT sammiti çərçivəsində Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında görüşün nəzərdə tutulması beynəlxalq miqyasda diqqətlə izlənilən mühüm siyasi hadisə olacaq.

Rusiya və İran Qarabağı bölür? (FOTO)

Bir sözlə, ŞƏT-də birləşən 6 ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan və BRİKS qrupuna daxil olan 5 ölkə - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası dünya iqtisadiyyatında və siyasətində özünəməxsus yer tutur. İranın ŞƏT-ə müşahidəçi statusu ilə dəvət olunması isə böyük maraq doğurur. Rəsmən hər iki təşkilata cəmi 11 ölkə daxildir və bu ölkələrin ABŞ və Avropa ilə münasibətləri o qədər də rəvan deyil və iqtisadi çətinliklərlə üzləşirlər. Bu baxımdan, Putin bu boşluqdan və fürsətdən səmərəli istifadə edərək, dünyanın siyasi mənzərəsinin dəyişmək istəyinə düşməsini beynəlxalq ictimaiyyət diqqətlə izləməkdədir.




ŞƏT-in iclası


Xəbəri paylaş

7608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___