Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Konsert yasa döndü - VİDEO
Tarix: 08-07-2015 | Saat: 15:41
Bölmə:Karusel / Hadisə / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Konsert yasa döndü - VİDEO


Xeberaz.az-ın atv.az saytından aldığı məlumata görə Çində növbəti dəfə konsertdə dəhşətli olay baş verib. Üzərində 60 musiqiçinin olduğu səhnənin ağırlığa davam gətirməməsi ortaya bu görüntüləri çıxarıb. Onlarla musiqiçi bir anda bir-birinin üstünə tökülüşüb.
Bu hadisə baş verənə qədər, çinlilər vətənpərvərlik duyğularının pik həddində idi. Məşhur "müharibə tuneli" marşını oxuyan musiqiçilər, ikinci dünya müharibəsi illərində çinli kəndlilərin yapon döyüşçülərə qarşı rəşadətindən bəhs edirdilər. Elə bu vaxt planda olmayan hadisə musiqiçilərin sözünü ağzında qoyub. 3 cərgənin çökməsi nəticəsində 45 musiqiçi yerə yıxılıb.

Yaponiyaya qarşı zəfərin 70-ci ildönümü münasibətilə keçirilən bayram mərasimi hadisə ilə bağlı yarıda kəsilib. Təşkilatçıların səhlənkarlığından qaynaqlanan hadisə zamanı xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Buna baxmayaraq, konsert səhnəsinin çökdüyü əks etdirən həvəskar görüntülər qısa zamanda sosial mediyada fenomenə çevrilib. Xatırladaq ki, bir müddət əvvəl də Çində oxşar hadisə baş vermiş, səhnə 80 musiqçi ilə birgə yerə çırpılmışdı. O vaxt onlarla musiqiçi müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.


Xəbəri paylaş

8648 dəfə oxunub.

Digər xəbərlər
29-06-2015, 16:43 iPhone 6S gəlir (FOTO)

bütün xəbərlər
____ Instagram ___