6 özəl klinikanın bağlandı
Tarix: 08-07-2015 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
3 klinikaya stasionar xidmət göstərmək qadağan edildi
Səhiyyə Nazirliyi özəl tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi yoxlama tədbirləri həyata keçirib.
Xeberaz.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Belə ki, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti (müəyyən olunmuş tarixədək) dayandırılıb.
Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılmışdır.
Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.
Xəbəri paylaş
6738 dəfə oxunub.
Digər xəbərlər

27-04-2016, 17:51
Yanukoviçə Rusiya vətəndaşlığı verilib
14-06-2022, 11:31
Bütün məktəblər 6 günlük olacaq? - Nazirdən AÇIQLAMA
19-08-2022, 13:21
Bir uşağın məktəbə getməsi neçəyə başa gəlir? - QİYMƏTLƏR
21-09-2015, 22:14
Rusiyanın Suriyadakı səfirliyini minaatanlardan atəşə tutdular
1-07-2016, 13:16
Bu riyazi düstur AZƏRBAYCANLI gəncə məxsusdur
13-02-2017, 21:19
Fab Melo evində ölü olaraq tapıldı
27-08-2015, 20:08
Azərbaycanlı iş adamı mühasirəyə düşdü, özünü öldürdü
19-10-2015, 01:33
Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdilər - FOTO