May ayında qurulan ailələr tez DAĞILIR?
Tarix: 02-05-2018 | Saat: 18:44
Bölmə:Karusel / Maraqlı / M2 / Araşdırma | çapa göndər
“May ayında toy etmək olmaz, ay bala. Bizim flan qohumun qızı mayda ərə getmişdi. İki uşaqla dədəsi evinə qayıtdı”- nənəm belə deyərdi...
May ayı el arasında uğursuz bir ay kimi dəyərləndirildiyindən, əksər cütlük bu ayda toy etmir. Deyilənə görə, bu ayda qurulan ailələr tez açıb tez solan yaz çiçəkləri kimi tez də dağılır. Keçmişdən gələn bu ənənəyə bir-iki ailəni çıxmaq şərtilə bu gün də əməl edilir.
AMEA-nın Folklor İnstitunun əməkdaşı Afaq Ramazanlı açıqlamasında bildirib ki, may ayında toy olmaması adəti qeyri-millətlərdən keçmədir:
“Əvvəllər Azərbaycanda toylar payız aylarında keçirilirdi. Yazda heç vaxt toy olmayıb. Bu da sırf təsərrüfatla bağlı olub. Yazda insanlar yemək baxımından çox narahat olurdular. Çünki yayda yığılan bütün azuqələr qışda bitirdi. Aprel, may, iyun aylarında toylar olmurdu. Əsasən sentyabr, oktyabr aylarında toy edilirdi. Çünki o vaxta bütün məhsul yığılır, ərzaqlar əldə edilirdi. İnsanların təsərrüfat həyatı ilə bağlı heç bir məşğuliyyətləri olmadıqları üçün toy etməyə vaxtları qalırdı.
Həmin dövrdə formalaşan fikrilər indi də davam etdirilir. Əcdadlardan görülənləri davam etdirmək insana xas olan cəhətdir. Azərbaycanlılqr qədim dövrdə yaz-yay aylarnda toy keçirməyiblər. Sonradan Azərbaycan xalqı ünsiyyətdə olduğu ruslardan da bu adəti götürərək özünküləşdirib. Bu da rusların “маяться” sözüylə bağlıdır. Lakin onun kökləri bizim üçün daha qədimdir. Yoxsa may ayında qurulan ailələrin tez dağılması ilə bağlı formalaşan fikirlər tamamilə cəfəngiyyatdır”.
Bəzi mənbələrdə bu adətin köklərinin Qədim Romaya gedib çıxdığı deyilir. Bəzi fikirlərə görə, “may” sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada “Mayi ilahəsi”nin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi. (metbuat.az)
Xəbəri paylaş
1 0918 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-05-2018 | Saat: 18:44
Bölmə:Karusel / Maraqlı / M2 / Araşdırma | çapa göndər
May ayı el arasında uğursuz bir ay kimi dəyərləndirildiyindən, əksər cütlük bu ayda toy etmir. Deyilənə görə, bu ayda qurulan ailələr tez açıb tez solan yaz çiçəkləri kimi tez də dağılır. Keçmişdən gələn bu ənənəyə bir-iki ailəni çıxmaq şərtilə bu gün də əməl edilir.
AMEA-nın Folklor İnstitunun əməkdaşı Afaq Ramazanlı açıqlamasında bildirib ki, may ayında toy olmaması adəti qeyri-millətlərdən keçmədir:
“Əvvəllər Azərbaycanda toylar payız aylarında keçirilirdi. Yazda heç vaxt toy olmayıb. Bu da sırf təsərrüfatla bağlı olub. Yazda insanlar yemək baxımından çox narahat olurdular. Çünki yayda yığılan bütün azuqələr qışda bitirdi. Aprel, may, iyun aylarında toylar olmurdu. Əsasən sentyabr, oktyabr aylarında toy edilirdi. Çünki o vaxta bütün məhsul yığılır, ərzaqlar əldə edilirdi. İnsanların təsərrüfat həyatı ilə bağlı heç bir məşğuliyyətləri olmadıqları üçün toy etməyə vaxtları qalırdı.
Həmin dövrdə formalaşan fikrilər indi də davam etdirilir. Əcdadlardan görülənləri davam etdirmək insana xas olan cəhətdir. Azərbaycanlılqr qədim dövrdə yaz-yay aylarnda toy keçirməyiblər. Sonradan Azərbaycan xalqı ünsiyyətdə olduğu ruslardan da bu adəti götürərək özünküləşdirib. Bu da rusların “маяться” sözüylə bağlıdır. Lakin onun kökləri bizim üçün daha qədimdir. Yoxsa may ayında qurulan ailələrin tez dağılması ilə bağlı formalaşan fikirlər tamamilə cəfəngiyyatdır”.
Bəzi mənbələrdə bu adətin köklərinin Qədim Romaya gedib çıxdığı deyilir. Bəzi fikirlərə görə, “may” sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada “Mayi ilahəsi”nin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.
Xəbəri paylaş
Digər xəbərlər
23-05-2019, 12:52
Təhsil Nazirliyi: "Yalnız 2012-ci ildən sonra kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaq"
10-04-2022, 10:32
Astara sakini meşədə asılmış vəziyyətdə tapıldı
10-12-2018, 09:22
İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq
2-04-2018, 09:51
Fatimənin nazirlikdə işləyən əri, Anar Nağılbazın arvadı, Sərxanın öpüş master klassı, Xatirənin açıq geyimi - HƏFTƏBECƏR
11-06-2015, 15:59
Mərkəzi Bankdan kredit - Statistikası
29-09-2015, 00:49
Bu il “selfie”dən 12 adam ölüb
14-11-2021, 12:07
“Muğanbank”dan istiqraz dələduzluğu: Yüzlərlə insan aldadıldı - FOTO
27-08-2015, 20:51
Əli və Nino dağıdıldı- FOTO