Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nura Suri: 400 manata görə Azərbaycanı niyə biabır edirsən?
Tarix: 29-04-2018 | Saat: 21:40
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Tanınmış müğənni Nura Suri “Facebook” hesabındakı paylaşımla diqqət çəkib.
İfaçı ötən gün “Crystall Hall”da keçirilən Kristina Aquilera konsertindən sonra Bayraq Meydanında dayanan taksi sürücülərinin azərbaycanlıları maşınlarına minməyə icazə vermədiyini yazıb.
O, həmçinin sürücülərin turistlərdən 5 manatlıq yol üçün 400 manat tələb etdiyini də bildirib:
“Dünən “Crystall Hall”dakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi həmin taksilərin buna icazə verməməsi olub. Dayanan taksilər deyiblər ki, burada elə-belə durmuşuq. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər. 
Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.
Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər?! Bu, nə xasiyyətdir?! Götürək ki, sən 400 manat aldın o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da! Niyə Azərbaycanı biabır edirsən?!Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar?! Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq?! Bu, nə biabırçılıqdır?!”


Xəbəri paylaş

1 1758 dəfə oxunub.

Digər xəbərlər
16-05-2015, 19:57 Daha bir intihara cəhd

bütün xəbərlər
____ Instagram ___