Əliağa Vahid. Onu tanımağa dəyər
Tarix: 21-03-2015 | Saat: 14:24
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
Əliağa Vahid mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzetində, "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", 1943; "Qəzəllər", 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.
Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bunula bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib. Vahidin Bağırova yazdığı şeir[2]:
Evimi görsə naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.
Divarda ağcaqanadlar, yer üstə taxtabiti,
Hücuma bax gecələr, gör nə hökmranlıqdır.
Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,
İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdir işim, məsələ dumanlıqdır.
Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.
Xəbəri paylaş
9958 dəfə oxunub.
Digər xəbərlər

3-07-2016, 16:55
Yardım aparan türk gəmisi Qəzzaya çatdı
18-07-2017, 10:15
"Qarabağ" "Samtredia"ya qarşı
1-06-2021, 19:50
ƏƏSMN yanaşması Ağstafada narazılıq doğurur - Göndərilən sənədlərin təsdiqlənməməsi isə...
29-08-2017, 11:21
Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçir
25-04-2016, 21:10
Gürcüstanda azərbaycanlı gənc özünü asdı
19-02-2019, 15:22
Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI
10-07-2022, 12:42
Bakıda kişi hicablı qadına əl atdı, bunu görən əri... - Şok təfərrüat
6-07-2022, 11:57
Azərbaycanda məktəbli telefonu əlindən alındığı üçün intihar etdi
28-05-2015, 13:57
Cəbhədən xəbər var