Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dələduzluqda ittiham olunan vəkil haqda qərar verildi
Tarix: 27-04-2018 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dələduzluqda ittiham olunan vəkil haqda qərar verildi

Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın vəkili, dələduzluqda və rüşvət verməyə təhrikçilikdə ittiham edilən Əfsər Talıbovla qərar verilib. 
Ə.Talıbov vətəndaş Mehman Səmədovdan 22 min 900 manat alıb qaytarmamaqda ittiham edilir.
Belə ki, Ə.Talıbov tanışı Xəyyam Hətəmova yalandan deyib ki, Yeni Yasamalda inşa edilən binada şəxsi mənzili var və onu satmaq istəyir. X.Hətəmovdan isə müştəri tapmasını xahiş edib. M.Səmədov da mənzili almaq istəyən müştəri olub. Bu dəfə isə Ə.Talıbov hüquqi yardım göstərdiyi “Kamran” MTK-nın təsisçisi Tofiq Babayevə deyib ki, guya M.Səmədovdan borc alıb və əvəzində bir mənzili girov qoymaq üçün onun adına keçirsin. O bildirib ki, borcu ödədikdən sonra müqaviləni geri qaytaracaq və mənzil girovluqdan çıxarılacaq. Lakin onun borcu ödəyə bilməməsi M.Səmədovla T.Babayevi qarşı-qarşıya qoyub. Araşdırma zamanı isə məsələnin əsl mahiyyəti üzə çıxıb.
Məhkəmə prosesi gedişatında isə hər iki tərəf barışıb və M.Səmədov şikayəti olmadığını bildirib. R.Sadıxovun hökmü ilə vəkil Ə.Talıbova 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. 
Dövlət ittihamçısı apellyasiya prostesti verərək cəzanın ağırlaşdırılmasını tələb edib. İşə apellyasiya instansiyasında hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və qərara əsasən, Baş Prokurorluğun protesti rədd edilib, hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.


Xəbəri paylaş

7408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___