Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Tarix: 26-04-2018 | Saat: 20:07
Bölmə:Karusel / Gündəm | çapa göndər



Sabah Bakı şəhəri Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş diametri 76 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89 mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski küçəsi 72 ünvanında yeraltı diametri 108 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar aprelin 27-də saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində,eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.





Xəbəri paylaş

8298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___