Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Leyla Şıxlinskya hər ay itinin yeməyinə 500 manat xərcləyib” - Vəkil
Tarix: 26-04-2018 | Saat: 20:02
Bölmə:Karusel / Gündəm | çapa göndər


"Leyla Şıxlinskaya" klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçiləri - keçmiş baş mühasib Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ekspert Zaur Məmmədov ifadə verib. Ekspert ifadəsində klinikaya aid mühasibatlıq sənədlərini yoxladığını deyib "Təqdim olunan sənədlər "qara mühasibatlıq" sənədləri idi. Sənədlərdə yalnız rəqəmlərlə işlədik, sənədin doğruluğuna istintaq qiymət vermişdi".
Hakim bildirib ki, A. Məmmədov istintaq zamanı sənədlərin mühasibatlıq sənədi olduğunu qeyd edib.
Vəkil qeyd edib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin yeməyi üçün aylıq 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub, ekspert belə olduğunu deyib.
Müdafiə tərəfi işlə bağlı ekspertiza keçirilməsi üçün vəsatət verib.
Vəsatət təmin edilib. İş ekpertiziyaya göndərilib və proses qeyri-müəyyən günə qədər təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.
Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.
Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.




Xəbəri paylaş

8638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___