Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bədənə görə düzgün bikini seçimi - QAYDA
Tarix: 08-07-2015 | Saat: 00:32
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Bədənə görə düzgün bikini seçimi - QAYDA

Artıq çimərlik mövsümü başlayıb. Çimərlikdə gözəl görünmək üçün bikini seçiminə də diqqət etməlisiniz. Düzgün bikini seçimi ilə daha cazibədar bir görünüş əldə etmək mümkündür. Ancaq bunun üçün ilk olaraq bədən tipinizi bilməlisiniz.Xeberaz.az düzgün bikini seçimi ilə bağlı sizə bəzi tövsiyələr təqdim edir.


Bədən tipiniz necədir?


Qum saatı - bel incə, omba və sinə bölgəsi geniş olur.

Armud – sinə və bədəninizin üst hissəsi ombalarınızdan daha dar olur.

Tərs üçkünc – çiyin genişliyi ombanızın genişliyindən daha uzun olur.

Alma - bel bölgəsi qıvrımlı və dolğun olur.


Hansı bədən necə bikini seçməlidir?


Geniş çiyinlilər: Çox rəngli və ipli bikinilərdən uzaq durun. Tək rəng və düz naxışlı bikini seçin.


Sinəsi böyük olanlar: Pastel rənglərdən uzaq durun. Ya çox parlaq açıq rəng, ya da tünd rəngə üstünlük verin. Qalın ipli bikini sinənizə diqqəti azaldacaq, həm də rahat olacaqsız.
Geniş ombalarınız varsa, sinə qismi naxışlı, ancaq alt qismi rəngli bikinilər geyinin.


Kiçik sinələr: Dəstəkli bikinilər geyinə bilərsiz. Qollarınıza bir neçə aksessuar taxaraq diqqəti sinələrdən uzaqlaşdıra bilərsiz.


Göbəyi olanlar: Göbəyiniz varsa, sizə ən uyğun olan bitişik bikinidir. Çox naxışlı olmayan, eyni rəngli bikiniyə üstünlük verin.


Kiçik ombalılar parlaq rənglər sesçin. Düşük belli bikinilər sizin üçün uyğundur.


Boyundan bağlanan və üçkünc bikinilər diqqəti sinələrə çəkir. Sinəniz böyükdürsə, bu cür bikinilərdən uzaq durun. Sinəniz kiçikdirsə, saçaqlı bikinilər geyinin. Göbəyiniz varsa, tək parça və tünd rəng bikini geyinin. Boyunuz qısadırsa, yüksək belli bikinilər seçin.

Mənbə: lent.az


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___