Avroqrupun Yunanıstanla bağlı iclası nəticəsiz oldu
Tarix: 07-07-2015 | Saat: 22:45
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Avroqrupun Yunanıstanla bağlı iclası nəticəsiz yekunlaşıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, buna səbəb Yunanıstanın islahatlara və böhrandan çıxış yollarına dair öz təkliflərini təqdim etməməsi olub. Məlumata görə, bunu Avroqrupun sədri Yerun Deysselblum da təsdiqləyib. Onun sözlərinə görə, Yunanıstanın təklifləri iyulun 8-də təqdim edəcəyi gözlənilir.
“Afinanın təklifləri hələlik təqdim olunmayıb. Biz onları yaxın saatlarda, ən geci, sabah səhərə gözləyirik”, deyə Finlandiyanın maliyyə naziri Aleksandr Stubb bildirib.
Avroqrupun toplantısından əvvəl görüşün əsas məqsədinin Afinanın yeni təklifləri ilə tanışlıq olacağı bildirilirdi.
Qeyd edək ki, Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə bu gün Brüsselə səfərə gələn Almaniyanın kansleri Angela Merkel qeyd edib ki, Yunanıstana yardımın göstərilməsinə dair danışıqların bərpa olunması üçün hələlik heç bir əsas yoxdur. Merkel bildirib ki, islahatlar olmadan Afinaya heç bir yardım göstərilməyəcək: “Həmrəy münasibət olmadan yardım üçün şərait də olmayacaq, həmrəylik və islahatlar olmadan irəliləməyə çalışdığımız yol artıq mümkünsüz olacaq”.
Fransa prezidenti Fransua Olland da, öz növbəsində, Yunanıstan islahatları ilə bağlı hələlik dəqiq proqramın olmadığını bildirib.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

4-03-2016, 13:15
Narkotik alverçisinə AĞIR CƏZA
1-01-2018, 13:30
Azərbaycanda bayram axşamı sərxoş sürücü 7 gənci vurdu: biri öldü, ikisinin vəziyyəti ağırdır
10-12-2022, 14:10
"Rəşad Dağlının cinayətini meyxanaya bağlamaq olmaz" - Emin Əfəndi
21-08-2023, 15:37
Rasim Balayev: Elza Seyidcahanın AYB-yə üzvlüyü qiyamət əlamətidir
19-06-2016, 18:56
Qazaxda dəhşətli hadisə: gənc qızı öldürüb meyitini kolluğa atdılar
21-03-2019, 09:52
Azərbaycana yaz fəsli gəldi
25-06-2015, 13:18
Zakir Həsənov: "Düşməni susdururuq"
9-01-2019, 12:17
Azərbaycanda 49 yaşlı idarə rəisi qəfil öldü - Foto
5-05-2022, 10:04
Sevil Gəncə terrorunda onu dağıntılar altından çıxaran oğlanla nişanlandı - Fotolar