Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi
Tarix: 23-04-2018 | Saat: 20:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
İdarədən verilən məlumatda Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir. “VAZ”, “QAZ”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilib: "Aprelin son günlərində yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avdanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri fəaliyyət göstərir.
Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən, barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrinin texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir".
Məlumatda bildirilir ki, tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslərin 50 manat miqdarında, vəzifəli şəxslərin 100 manat miqdarında, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Xəbəri paylaş
9208 dəfə oxunub.
Digər xəbərlər

6-01-2017, 00:48
"İzmirdəki terrorçular daha qanlı hücum hazırlayıbmış”
1-04-2018, 16:53
Bu ölkədə ərzaq pulsuzdur - Hamı eyni məbləğdə əməkhaqqı alır
8-10-2021, 10:00
İrana qarşı CƏBHƏ GENİŞLƏNİR: Tehranın Bakıya hücumunda nüvə faktoru - ŞOK DETALLAR
4-01-2016, 20:46
Kriminal avtoritet vəhşicəsinə döyülüb
27-08-2019, 10:00
Xidmət rəisinə AĞIR İTKİ
13-03-2015, 15:42
Lənkəranda ana və üç oğlu zəhərləndi
27-09-2019, 18:09
SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ASTARA RAYON ŞÖBƏSİNDƏN ŞOK FAKTLAR
28-06-2022, 12:29
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı kimdir?... - 52 saylı Mənzil İstismar Sahəsinin rəisi, İqrar adlı şəxs qeyri-qanuni fəaliyyətə şərait yaradır.
29-11-2022, 14:02
Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin edildi