Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Protein qəbul edən idmançılara HƏKİM XƏBƏRDARLIĞI
Tarix: 07-07-2015 | Saat: 22:41
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Protein qəbul edən idmançılara HƏKİM XƏBƏRDARLIĞI

İdeal çəkiyə və bədən quruluşuna sahib olmaq hər insanın arzusudur. Bu arzuya nail olmaq üçün isə mütəmadi şəkildə idmanla məşğul olmaq və düzgün qidalanmaq lazımdır. Düzgün qidalanmaq dedikdə süd, qatıq, kəsmik, qaynadılmış toyuq əti, balıq, yumurta bal, yağ nəzərdə tutulur. Lakin bir çox insan qarşısına qoyduğu məqsədlərə tez çatmaq üçün son zamanlar dəbdə olan protein, kreatin, veyder, amin turşuları, qeyner kimi idman qidalarından istifadə edirlər.

Protein – orqanizmdə metobalizmi gücləndirir və əzələni qidalandırır.

Kreatin - əzələ zülallarının sintezinə səbəb olur və əzələ hüceyrələrinin həcmini artırır.

Amin turşuları - 80% proteinlə eyni xüsusiyyətə malikdir və dərman şəklində olduğu üçün istifadəsi daha rahatdır. Bu qida əzələ kütləsinin və gücün artımını sürətləndirir.

Veyder - proteinin bir növüdür və insanın kökəlməsinə səbəb olur.

Qeyner - insana daha çox enerji verir və optimal enerji fonu yaradır.

Bəs görəsən məsləhətsiz qəbul edilən bu idman qidaları orqanizmə nə dərəcədə təsir edir?


Məsələ ilə bağlı Aile.lent.az-a danışan Mərkəzi Neftçilər Xəstəxanasının həkim-qastroenteroloqu Anar Salayevin sözlərinə görə, son zamanlar aparılan araşdırmalar göstərir ki, bu cür qidalar insanda ürək-böyrək çatışmazlığı yaradır, hətta əzələlər bir müddətdən sonra inkişafdan qala bilir. Həkim bildirib ki, belə qidaların istifadəsi üçün ilk olaraq yaş məhdudiyyəti olmalıdır. Həmçinin 16-18 yaşlı insanların bu maddələri qəbul etməsi qadağandır.


A.Salayevin sözlərinə görə, “body building”lə məşğul olan insanlar belə, bu cür idman qidalarından az istifadə etməlidir.


İdman mütəxəssisləri isə bildirir ki, idman qidalarını çox az miqdarda və fasilələrlə istifadə etmək lazımdır. Həddindən artıq istifadə edilmiş bu kimi maddələr artıq tam formalaşmış idmançılarda belə, bir sıra fəsadlar, hormonal pozğunluqlar yarada bilər.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
23-05-2016, 20:02 NACO Bakıda iclas keçirdi

bütün xəbərlər
____ Instagram ___