Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Duz qasırğası Azərbaycan üçün də problemlər yarada bilər
Tarix: 18-04-2018 | Saat: 09:24
Bölmə:Karusel / Gündəm | çapa göndər



İranda güclü mövsümi küləklərin Urmiya gölünün səthindən yarada biləcəyi duz qasırğası təhlükəsi yalnız bu ölkə üçün deyil, Azərbaycanın bir çox ərazilərinə və orada yaşayan insanlara da mənfi təsir göstərə bilər.
Bunu Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Urmiya gölünün getdikcə sahəsinin azaldığını deyən M.Həsənovun sözlərinə görə, belə davam edərsə, Aralda olduğu kimi Urmiya gölündə də duz qasırğaları baş verə bilər:
"Urmiya gölündə yarana biləcək qasırğanı Aral gölündəki qasırğa ilə müqayisə etmək olar. "Ölən göl" də adlandırılan Aral gölünün sahəsi 1970-ci ilə qədər 66 min kvadrat kilometr idi, indi onun sahəsi 40 min kvadrat kilometrdən də azdır:
"Əgər belə davam edərsə, Aralda olduğu kimi Urmiya gölünün quruması nəticəsində duz qasırğaları baş verə bilər".
Direktor müavini bildirib ki, gölün qurumasının müxtəlif səbəbləri var. Bu səbəblərin ən əsası gölün su mənbələrindən, yəni çaylardan suvarma məqsədilə həddindən artıq çox istifadə edilməsi, gölün ətrafındakı ərazilərdə çoxlu sayda artezian quyularının qazılması və bunun nəticəsində yeraltı suların gölə gəlməsinin qarşısının alınmasıdır.


Xəbəri paylaş

8498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___