Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov İran və Belarusiya mütəxəssislərini qəbul edib”
Tarix: 16-04-2018 | Saat: 21:12
Bölmə:Karusel / Gündəm / İdman / Ekskluziv | çapa göndər


Xəbəraz.az xəbər verir ki; Avrasiya Kombat Ciu-Citsu Federasiyasının mərkəzi ofisinin dəvəti ilə Azərbaycanda təqdim planına əsasən 13-14-15 aprel növbəti hakimlər seminarı keçirilib. Seminarda Azərbaycanın kombat ciu-citsu idman növü üzrə hakimlər briqadası və Belarusiya ilə İrandan mütəxəssislərdə iştirak ediblər. Nəticədə seminarın sonunda müəyyən olunmuş beynəlxalq qaydalar üzrə imtahan keçirilmişdir və seminarda iştirak edən 14 hakimdən 6 hakim lisenziya almışdır. Həmin lisenziya 2018-2019-cu illərdə beynəlxalq və milli yarışlarda hakimlik etmək hüququ verir. Seminarın Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Kombat Ciu- Citsu Federasiyası tərəfindən Avrasiya Kombat Ciu-Citsu Federasiyasına tapşırılmışdır və sözügedən tədbiri Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının hakimlər kolegiyasının sədri, Avrasiya Kombat Ciu-Citsu Federasyasının birinci vitse-prezidenti beynəlxalq dərəcəli hakim, Azərbaycan Respublikasının əməkdar məşqçisi Rəsul Məmmədova tapşırılmışdır.

Qeyd edək ki, Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasına 61 ölkə daxildir. Seminardan sonra, Bakı şəhərində yerləşən Kombat Ciu-Citsu mərkəzi məktəbində İran və Belarusiya mütəxəssisləri idmançılarımız üçün xüsusi treninqdə keçiriblər.

Seminarın sonunda Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti içtimai-xadim və İqtisadiyat üzrə fəlsəfə doktoru Aqil Acalov Azərbaycan İran və Belarusiya mütəxəssislərini qəbul edib onlarla gələcək planlar və yarışlar haqqında müzakirələr aparılıb. Belarusiyadan və İrandan qatılan məşqçilər çıxışları zamanı bu sözləri söyləyiblər.
Belarusiyanın Kombat Ciu-Citsu üzrə nümayəndəsi, 5 -dan qara kəmər sahibi Vladislav Usanin çıxışında söyləyib ki; “Mən çox sevincliyəm ki, öz dostlarımın vətəninə gəlmişəm. Azərbaycanda mən yüksək qonaqpərvərliklə yanaşı idmana böyük bağlılıq və məhəbbət gördüm.Mən çox şadam ki,burda məşq edən idmançılar və iştirak edən mütəxəssislər ən xoş sözlərə layiqdirlər.Mən belə adamlarla dostluq etməkdən məmnunam.Gələcəkdə bizim təşkilat Azərbaycanın Kombat Ciu-Citsu məktəbi ilə bir çox layihələr və yarışlar keçirilməsi üçün hər zaman dəstək olacaqdır.”

İran İslam Respublikasından gələn mütəxəsis Nuri Azər Əfrasiyab çıxışında söylyib ki; “Qonşu ölkə olaraq idman inkişafında o, cümlədən Kombat Ciu-Citsu inkişafında biz yaxından əməkdaşlıq etmək istərdik və bu məqsəd ilə Azərbaycana gəlmişik. Avrasiya Kombat Ciu-Citsunun mərkəzi ofisində qonaq olmuşuq bizi çox səmimi qarşılayaraq əllərindən gələn dəstəkləri göstərdilər ki, biz beynəlxaq yarışların keçirilməsi haqqında məlumatlanaq və hakimlər hazırlığında olan metodikaları öyrənək. Hakimlər hazırlanması zamanı hansı təlimlər və hansı treninqlər keçirilir, o haqda da məlumat aldıq və hətda özümüz bu treninqdə iştirak etdik.




Xəbəri paylaş

1 4768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___