17 yaşlı oğlan bacısı ilə görüşən tələbəni öldürdü- Ağdaşda
Tarix: 16-04-2018 | Saat: 16:48
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ağdaş şəhərində qətl törətməkdə təqsirli bilinən 17 yaşlı Tərlan Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən il dekabrın 14-də Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında 2000-ci il təvəllüdlü Ağdaş sakini Ətraf Nəsibov qətlə yetirilib. Məlum olub ki, Ətraf Nəsibovu həmyaşıdı olan Tərlan Hacıyev kürək və ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.
Qətlə yetirilən Ətraf Nəsibov hadisəni törədən Tərlan Hacıyevin bacısının arxasınca düşüb.
Daha sonra Ətraf Nəsibov Tərlan Hacıyevin 10-cu sinif şagirdi olan bacısı ilə görüşüb. Sonradan Ətraf Nəsibov qız barəsində xoşagəlməz fikirlər söyləyib.
Bundan xəbər tutan qızın qardaşı Tərlan Hacıyev Ətraf Nəsibovu söhbət etmək üçün çağırıb və onu bıçaqlayaraq öldürüb. Daha sonra Qəbələ rayonunda yaşayan dayısının evinə qaçıb.
Dayısı məsələni bildikdə ona polisə təslim olmağı məsləhət görüb. Bununla razılaşmayan Tərlan Hacıyev dayısıgildən yaxınlıqdakı meşəyə qaçıb. Dayısı polisə məlumat verib, daha sonra bacısı oğlunun ardınca gedərək onu tapıb və əraziyə gələn polis əməkdaşlarına təhvil verib.
Qətlə yetirilən Ətraf Nəsibov Ağdaş Dövlət Humanitar Kollecinin 3-cü kurs tələbəsi olub.
İstintaq orqanı tərəfindən Tərlan Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Məhkəmə baxışı aprelin 20-nə təyin edilib
(teleqraf.com)
Xəbəri paylaş
1 1248 dəfə oxunub.
Digər xəbərlər

27-01-2017, 21:02
Samirə yeni layihə ilə gəlir - foto
14-02-2017, 11:15
Bakıda maşın körpüdən aşdı, yaralılar var
27-02-2018, 20:06
Sumqayıtda iki uşaq anasını zorlayan müəllimə 20 il iş kəsildi
28-07-2015, 12:45
Gəncədə oğru bacılar saxlanıldı - VİDEO
1-05-2016, 23:10
Rusiyadan qondarma rejimlərə daha bir dəstək
28-02-2018, 11:24
Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi
8-07-2015, 11:26
Oğlan özünü körpüdən atdı
11-06-2021, 17:22
Cərrah malanı xəstənin qarnında unutdu - Qalmaqal - FOTO
22-06-2017, 14:13
Şimşək çaxacaq, yağış yağacaq
8-08-2018, 12:31
Bakıda daha bir ərəb turist öldü