Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Adi kələmin ürək üçün inanılmaz faydası. Hər gün yeyin!
Tarix: 16-04-2018 | Saat: 16:27
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər



Kələm ən faydalı tərəvəzlərdən biridir. Bağırsaqları əla təmizləyən, xərçəngin riskini azaldan bu ucuz tərəvəzin yeni faydası üzə çıxıb.
Belə ki, Avstraliya alimlərinin son araşdırmaları göstərib ki, kələmin müntəzəm istehlakı ürək-damar sistemi üçün çox faydalıdır.

İnsan yaşlaşdıqca damarlar zəifləyir, qalınlaşır, kövrək olur və nəticədə onların yırtılması riski artır ki, bu da insult və infarkta səbəb olur.
Alimlər sübut edir ki, kələm damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, damarların iltihablaşmasını azaldır.
Alimlər yaşı 70-dən çox olan 1000 qadının ürək-damar sistemini müayinə etdikdən sonra belə qərara gəlib ki, qidalanmaya tez-tez kələm daxil edən qadınların damarları daha sağlam və cavan idi.
Bunları nəzərə alaraq alimlər hər gün kələm yeməyi tövsiyə edirlər. Söhbət kələmin istənilən növlərindən (ağ kələm, qırmızı kələm, gül kələmi, brüssel kələmi, kolrabi və s.) gedir. Kələmi həm çiy halda yemək, həm də kələmdən müxtəlif yeməklər bişirmək olar.
(saglamolun.az)


Xəbəri paylaş

1 2208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___