Orqanizmi təmizləyən və cavanlaşdıran ən faydalı göyərti
Tarix: 14-04-2018 | Saat: 19:08
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
İspanaq əslində göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq Avropa və Amerikada çox populyardır.
Fransızlar ispanağı "krallar tərəvəzi"adlandırırlar. Amerikalılar üçün ispanaq sağlamlıq və güc rəmzidir. Amerikada ispanaq kiçik yaşlı uşaqların qidalanmasına daxil olan ilk tərvəzlərdən biridir. Onlar bunu uşaqların sümüklərinin normal inkişafı və raxitin profilaktikası üçün edir.
İspanaq çox zəngin vitamin və minerallar mənbəyidir. Burada A, E, C, K, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, kalium, dəmir, fosfor, sink, marqans, mis, selen kimi minerallar var. Həmçinin ispanaq qidalı liflər və zülalla da zəngindir. Kimyəvi tərkibə görə ispanağı ən faydalı göyərti kimi hesab etmək olar.
İspanağın insan sağlamlığı üçün faydaları saymaqla bitməz:
- orqanizmi vitamin və minerallarla təmin edir, hipovitaminozlar zamanı olduqca faydalıdır
- orqanizmdən ziyanlı maddələri xaric edir
- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir
- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır
- bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyi aradan qaldırır
- mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir
- qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır
- sinir sistemi üçün faydalıdır
- damarları genişləndirir, arterial təzyiqi tənzimləməyə yardım edir
- göz sağlamlığını qoruyur.
Gözəlliyi ilə bütün dünyada məşhur olan fransız qadınları ispanağı formada qalmaq və dərini daha gözəl etmək üçün daim istifadə edir. Sizə ispanaq maskasının reseptini təqdim edirik: ispanaq yarpaqları yaxşı yuyulur, blenderdə əzilir, üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və nəmləndirici krem çəkin.
İspanağın əsas mənfi cəhəti tərkibində çoxlu turşəng turşusunun olmasıdır. Bu səbəbdən ispanağı podaqra və böyrək xəstəlikləri zamanı istehlak etmək olmaz.
(saglamolun.az)
Xəbəri paylaş
1 5868 dəfə oxunub.
Digər xəbərlər

24-09-2016, 14:30
Şagird məktəbdən qaçırıldı, direktor polisə aparıldı - Sumqayıtda
29-04-2016, 19:31
Azərbaycanlı milyarderdən növbəti həmlə
20-12-2022, 11:30
Ata oğlunun “ciyəraxşamı”nda qumar təşkil etdi
10-10-2015, 00:03
Bakıda maşın bazarında yanğın - FOTOLAR
31-10-2016, 15:15
Netanyahu Azərbaycana gələcək
30-05-2018, 09:34
“Azərbaycanlı məmurun oğlu əsgər getdi!”
30-09-2017, 12:30
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
26-10-2021, 10:32
“Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb
17-04-2018, 10:47
Yerevanda etirazlar davam edir: polisin çağırışına məhəl qoyulmadı
21-08-2016, 10:14
"Rövşən, balaların hələ körpədilər, gərək mən öləydim" - Nadir Qafarzadə