Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mən kişiyəm, amma sən yox..." - Röyadan Aygün Bəylərə ağır sözlər
Tarix: 14-04-2018 | Saat: 11:55
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Mən kişiyəm, amma sən yox..." -  Röyadan Aygün Bəylərə ağır sözlər
Əməkdar artist Röya Ayxan məhkəməyə verdiyi Aygün Bəylərdən danışıb.

Müğənni ona ünvanlanan sualları cavablandırıb. Röya A.Bəylərin ünvanına sərt sözlər deyib. Sənətçi məhkəmənin qərarından narazı olduğunu deyib:

“Bu yaxınlarda bir müğənni heç özündə deyildi, çıxıb efirdə ağzına gələni danışdı. Səbail rayon Məhkəməsinin hakimi də (Zaur Əliyev) guya bizim istəyimizi rədd edib. Buradan ona müraciət edirəm. Siz hakim, mənə rədd cavabı necə verə bilərsiz? 200-300 min təzminat istəməmişəm. Hər zaman olan şeyi istəmişəm. Bu təhqirə görə 50 min manat ən yüksək təzminatdır. Mənim anam, atam və ailəm var. O kimdir efirə çıxıb desin ki, bu sənətə hansı yolla gəldiyini bilirik. Hansı yolla?Sən bizi yeməyə çağırdın, gəldik və bizi otaqda qarşıladın, otağa girmədik? Bu yolu nəzərdə tutmusan? İnsanlar düzgünlüyü görməyəndə başqasına düşmən kəsilir. Mən onu bildim deyə düşmən kəsildi. Yoxsa bizdə hər şey yaxşı idi. O, ikiüzlüdür. Biz yemək yeyəndə demişdi ki, sən kişi kimi qızsan. Bəli, mən kişiyəm, amma sən yox. Papağını çıxart yerə qoy”.

Qeyd edək ki, A.Bəylər "Səhər-səhər" verilişində Röyanın ünvanına sərt sözlər demişdi. Qarşı tərəf onu məhkəməyə vermiş və 50 min təzminat istəmişdi. Hakim Röyanın tələbini rədd edib.


Xəbəri paylaş

8488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___