Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polad Bülbüloğlu: "Azərbaycan xalqı doğru seçim edəcək"
Tarix: 11-04-2018 | Saat: 18:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

#S
Azərbaycan xalqı bu gün keçirilən prezident seçkilərində doğru seçim edəcək.
Bunu Moskvadakı seçki məntəqəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
P.Bülbüloğlu qeyd edib ki, hər bir dövlətin, hər bir xalqın həyatında prezident seçkiləri günü çox məsuliyyətli və vacib gündür:
"Bu gün Azərbaycanda keçirilən seçkilər yaxşı hazırlanıb və geniş işıqlandırılıb. Respublikanın özündə çoxlu beynəlxalq müşahidəçilər var. Rusiyada 3 seçki məntəqəsi açılıb - Moskvada Azərbaycan səfirliyində, Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarda".
Səfir bildirib ki, Rusiyadakı Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edir: "Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edəcək. Azərbaycanın son illərdə uğurları göz qabağındadır, əminəm ki, respublika gələcəkdə də düzgün kursu davam etdirəcək".
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.


Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___