Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeganə-"Söz tapa bilmirəm,yazıq həyat yoldaşım mənlə.."
Tarix: 09-04-2018 | Saat: 20:09
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər



Müğənni Yeganə Akbudak ( Mürsəlova ) “APA TV”-nin “Show time” verilişində qonaq olub.Xəbəraz.Az-ın məlumatına görə, ifaçı veriliş zamanı boşanması barədə gəzən xəbərlərə münasibət bildirib:

“Mənim boşanma mövzuma nöqtə qoyuldu. Verilişlərin birində aparıcı dedi ki, yoldaşımla üstümdə şəxsiyyət vəsiqəsi gəzdirirəm. Mən də ona cavab olaraq dedim ki, sən yaxşısan, amma mən həyat yoldaşımla birgə üstümüzdə nikah şəhadətnaməsi gəzdirirəm. Hara edirəm, deyirəm ki, salamatıq, hələ boşanmamışıq. Ayıbdır, artıq söz tapa bilmirəm, susuram, gülürəm. Güləndə də deyirlər ki, doğurdan da boşanıb. Yazıq həyat yoldaşım mənlə efirə də qonaq çıxıb. Bunun başqa yolu yoxdu? Necə edək ki, boşandığımızı iddia etməsinlər. Başa düşə bilmirəm ki, mənim ailə məsələm bu insanlara niyə belə önəmlidi? Ailə müqəddəsdi, amma evdə. Efirdə şəxsi həyatımı müzakirə edirlər, bu da düzgün deyil.


Yeganə boşanma mövzusuna həyat yoldaşının da əsəbiləşdiyini deyib: “O əvvəllər çox əsəbiləşirdi. Hətta efir gedə-gedə mənə yazırdı ki, o canlı efiri yarımçıq burax, evə qayıt. Mən də deyirdim ki, məni neçə-neçə insanlar izləyir, onların nə günahı var? İndi o da susur, mən də. Deyir ki, bizim boşanmaq xəbərimizi deyə-deyə qocalacaqlar”.


Qeyd edək ki, Yeganə Fatih adlı türkiyəli iş adamı ilə evlidir. Həmin evlilikdən Ömər adlı bir övladları var.


Xəbəri paylaş

1 5298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___