İşsizlər üçün vakansiya bankı yaradılır
Tarix: 06-04-2018 | Saat: 10:20
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Azərbaycanda işsizliklə bağlı vakansiya bankı yaradılır.
Bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 7-ci maddəsində (Vakansiya bankının yaradılması) əks olunub.
Maddəyə görə, vakansiya bankı elektron informasiya sistemində işəgötürənlərin yeni yaradılan iş yerləri və vakansiyalar barədə həmin sistemə daxil etdikləri məlumatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.
Elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.
Vakansiya bankının yaradılmasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyətinə lisenziyası olan və müvafiq icra hakimiyyəti orqanı ilə elektron qaydada informasiya mübadiləsinə dair razılaşması olan hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarından istifadə edilə bilər.
Maddədə o da deyilir ki, məlumatları nəzərdə tutulmuş müddətdə elektron informasiya sisteminə daxil etməyən işəgötürənlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.
Qanun layihəsi Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılır.
Xəbəri paylaş
9558 dəfə oxunub.
Digər xəbərlər

2-10-2015, 16:35
Rusiyalı ekstremalların Şuşada təhlükəli macəraları - VİDEO
23-10-2017, 09:42
Boşanmaların ən çox baş verdiyi RAYONLAR...
30-10-2020, 19:48
Ermənilər Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub
20-01-2017, 15:57
Sabahın HAVA PROQNOZU
24-05-2016, 06:02
Ramiz Mehdiyev Qroznıda
13-06-2020, 19:27
Azərbaycanda daha 352 nəfər koronavirusa yoluxdu - 2 nəfər vəfat etdi
28-08-2016, 17:27
Səbəbsiz susuzluq hansı xəstəliklərin simptomu ola bilər
6-08-2023, 10:25
Əmisindən PUL İSTƏDİ... İmtina ediləndə öldürdü... - İDDİA - VİDEO
12-04-2015, 17:07
Əgər o da oynamaq istəyirsə, paltarımı verə bilərəm. Aşıq Ədalətə