AMEA-nın 6 aliminə 5 min manat mükafat veriləcək - SİYAHI
Tarix: 05-04-2018 | Saat: 17:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub.
AMEA Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında 6 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilib.
Müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, üzvi sintez reaksiyalarında və molekulların dizaynında qeyri-kovalent rabitələrin və “spider effect” rolu sahəsində apardığı fundamental tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər.
Qeyd edək ki, qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.
Xəbəri paylaş
1 0198 dəfə oxunub.
Digər xəbərlər

13-12-2015, 09:50
Çənə sümüyününün əriməsinə qarşı möcüzəvi müalicə VİDEO
12-06-2019, 12:42
"4 uşaq anası olaraq göstərir ki, görün necə gözəl bədən quruluşum var"
3-10-2017, 12:41
“Aprel döyüşü”nün qəhrəman qardaşları - biri şəhid oldu, o biri şahid: “Nurlan qucağımda can verdi” - FOTOLAR
14-03-2015, 14:31
"Məni pərt etdilər" - Nadir
24-04-2015, 13:12
Avropa Oyunları zamanı parklanma qaydaları açıqlandı
1-04-2023, 21:35
Alman texnologiyası ilə peşəkar təmizlik xidməti
21-05-2018, 10:27
27 yaşlı gənc özünü asıb-İsmayıllıda
22-06-2018, 19:43
Novruz Məmmədov: "Azərbaycana qarşı bəzən kiçik bir hadisə ilə bağlı Qərb mətbuatında aylarla yazılar dərc olunur"
5-03-2016, 09:42
Bu günün ulduz falını təqdim edirik
28-05-2016, 15:00
Narkotik yeyən qoyunlar kəndi dağıtdı