Divizionda oyun alveri: Könüllü uduzanlar var
Tarix: 31-03-2018 | Saat: 12:30
Bölmə:Karusel / İdman | çapa göndər
Ölkə çempionatının I divizion son turlarının 5 qarşılaşması AFFA-nın yaratdığı xüsusi komissiyanın diqqət mərkəzindədi. Apasport.az “sportinfo”ya istinadən xəbər verir ki, “Sabah” – “Binə” (5:0), “Xəzər” – “Mil-Muğan” (5:0), MOİK – “Qaradağ Lökbatan” (1:2), “Ağsu” – “Zaqatala” (0:1) və “Turan Tovuz” – “Şüvəlan” (1:0) matçları ciddi müzakirə obyektidi.
AFFA-ya bu matçlarla bağlı UEFA-dan siqnallar gəlib. İlk 2 oyunun bolqollu olacağına böyük pul qoyuluşları edilibsə, digər görüşlərdə konkret olaraq komandalardan birinin qələbəsi “fərqləndirilib”.
Amma başqa şübhəli oyunlar da var. Bu baxımdan yenə “Turan Tovuz”la “Ağsu” seçilir. Tovuzluların 18-ci turda evdə “Zaqatala”ya 0:1, daha öncə MOİK-ə 1:2 uduzduğu oyunlar şübhəlidi. Əsgər Abdullayevin yetirmələrinin güclü rəqibləri hətta səfərdə udduğu halda evdə gözlənilməz məğlubiyyətlər alması təsadüfi deyil. Bildiyimizə görə, Tovuzdakı matçda hətta “Zaqatala” futbolçuları özləri şokda imiş. Onlar rəqibin sanki bilərəkdən uduzmaq istəməsini aşkar hiss ediblər.
Rəqibləri ala, onlarla razılaşa bilmədikdə komandaların futbolçularının öz məğlubiyyətlərinə pul qoyub buna nail olması təzə xəbər deyil. Bu baxımdan “Ağsu” da “ixtisaslaşıb”. Rüfət Quliyevin yetirmələrinin məğlubiyyətlərinin çoxunu evində alması nağıl deyil. Qışdan sonra 16, 19 və 21-ci turlarda alınan ev yenilgilərindən biri xüsusilə maraqlıdı. Və yenə də bundan faydalanan könüllü təslim olan rəqibin qarşısındakı “Zaqatala” olub.
AFFA bu oyunlara da diqqət yetirsə, pis olmaz. Divizionda oyunlar əsasən, komandaların könüllü məğlubiyyəti ilə əlamətdar olur. Bu baxımdan “Turan Tovuz” və “Ağsu”nun zaqatalalılara tək qollu məğlubiyyətlərinə diqqət edilməlidi. İkinci matç yuxarıda qeyd etdiyimiz siyahıda var, lakin Tovuzdakı görüş də ora əlavə olunmalıdı.
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

15-03-2017, 22:33
Bakı metropoliteni tuneldəki tüstülənmənin səbəbini açıqlayıb
31-07-2017, 17:51
Gündə iki dəfə üzünüzə buz sürtsəniz… - MASKALAR
24-06-2015, 00:15
Ermənistanda kütləvi etirazlar yenidən başladı (CANLI, FOTO)
20-06-2018, 10:06
Düşmən atəşkəsi 87 dəfə pozub
24-12-2016, 02:00
İlham Əliyevlə Mehriban xanım necə tanış olub? – Qızı yazdı
17-10-2018, 10:15
Yuxu zamanı insan bədənində baş verən 10 MÜHÜM DƏYİŞİKLİK
9-06-2015, 22:36
Rəşid Behbudovun xatirəsi anılıb (FOTO)
29-07-2015, 13:46
Türkiyədə daha bir hərbçi terrorçuların silahlı hücumuna məruz qaldı
20-06-2019, 17:48
Bakı-Batumi birbaşa avtobus reysləri açılır - QİYMƏT