Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ" "Hapoel"in müdafiəçisini alır? - Açıqlama
Tarix: 30-03-2018 | Saat: 18:19
Bölmə:Karusel / İdman | çapa göndər



"Hapoel"in (Hayfa) müdafiəçisi Nisso Kapiloto "Qarabağ"da çıxış edə bilər.

Bu barədə İsrail mətbuatı xəbər yayıb. Bildirilib ki, Ağdam klubu 28 yaşlı futbolçu ilə yaxından maraqlanır. 

Hətta klub nümayəndələrinin İsrailə gedərək, Kapilotonun oyununu izləmək istədikləri qeyd olunub. Əgər transfer baş tutsa, "Qarabağ" buna görə İsrail klubuna pul ödəməyəcək. Çünki futbolçunun "Hapoel"lə müqaviləsi yayda başa çatacaq və o, yeni komandasına azad agent kimi keçəcək.
İsrail mətbuatında çıxan xəbərlə bağlı "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. N. İbrahimov saytımıza açıqlamasında məlumatı təkzib edib: "Düzdür, bizim skautlarımız il ərzində bəzi futbolçuları izləyirlər. Amma Nisso Kapilotonun adını ilk dəfə sizdən eşidirəm".
Qeyd edək ki, Tel-Əviv "Makkabi"sinin yetirməsi olan Kapiloto vətənində "Aşdod", "Hapoel" (Akko), "Beytar" klublarının formasını geyinib. Karyerası ərzində legioner həyatı da yaşayan müdafiəçi Kiprin "Alki" və İsveçrənin "Sent-Qallen" klublarında çıxış edib. Kapiloto İsrailin aşağı yaş qrupları üzrə bütün yığmalarında oynasa da, əsas milliyə çağırılmayıb.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___