Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycandan Həccə getmək istəyənlərin sayı açıqlandı
Tarix: 27-03-2018 | Saat: 11:35
Bölmə:Karusel / İbadət | çapa göndər

#CƏMİYYƏT
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 600 insan müraciət edib.
Xəbəraz.Az Trend-ə istinadən bildirir ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 600 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.
Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.
Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.


Xəbəri paylaş

7908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___