Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni KİV: "Ermənistanla Azərbaycan arasında idxal-ixrac əlaqələri mövcuddur"(FOTO)
Tarix: 06-07-2015 | Saat: 19:54
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

Erməni KİV: "Ermənistanla Azərbaycan arasında idxal-ixrac əlaqələri mövcuddur"(FOTO)

"Ermənistanda çoxdandır böyük həvəslə Azərbaycan çayı içirlər. Bu barədə ilk dəfə deyil ki, məlumat verilir və burada gizli heç nə yoxdur. Hərçənd ki, qonşu ölkədə qəhvəni daha çox içirlər, amma Azərbaycan çayına olan maraq da az deyil və bunun pərəstişkarları olduqca çoxdur. Bəs ermənilərin əlinə bizim çayımız necə düşür, onlar bunu necə əldə edirlər. Təbii ki, bu birbaşa Azərbaycandan alınmır, çünki, belə olsa, böyük sesnsasiya baş verərdi. Bu suala cavab tapmaq heç də çətin deyil və onlar çayı Gürcüstan vasitəsilə əldə edirlər.

Azərbaycan çayı


Lənkəran çayı

ANS PRESS-in məlumatına görə, bununla belə, necə də olsa, arada sensasiya baş verir. Sən demə, Azərbaycan və Ermənistan arasında idxal-ixrac əlaqələri mövcud imiş. Bu barədə İrəvanda nəşr olunan "Çorrord işxanutyun" qəzeti yazıb.

Qəzet bildirir ki, guya Ermənistan Azərbaycandan mal idxal edir. Bu rəsmi məlumatdır. Məlum olur ki, Ermənistan malları Azərbaycandan idxal edir. Düzdür, idxalın həcmi olduqca əhəmiyyətsiz dərəcədədir, ancaq, bu, öz-özlüyündə diqqətçəkən faktdır. Ermənistan Maliyyə Nazirliyinin və Gömrük Xidmətinin statistik hesablamalarına görə, Azərbaycandan Ermənistana həyata keçirilən idxalın həcmi 2014-cü il üçün cəmi 600 dollar dəyərində olub. Ən çox xalça idxal edilib. Bundan başqa, aydın olur ki, Azərbaycandan Ermənistana xalçalar 2011-ci ildən gətirilir və 29.9 kv. m xalçanın qiyməti 8,5 min dollar təşkil edib.

Çoxları üçün sual yaranır, bu, necə mümkün oldu? Bəlkə, bu, Ermənistan tərəfinin növbəti təxribatıdır? Bu məsələləri aydınlaşdırmaq üçün Azərbaycanın müvafiq strukturları bu informasiyanın doğru olmadığını, Ermənistanla Azərbaycan arasında heç bir rəsmi ticarət əməliyyatının aparılmadığını bildirdilər.


Azərbaycan çayının ləzzəti

Ümumiyyətlə, heç kəsə sirr deyil ki, ermənilərin bizim mallara marağı böyükdür. Amma hakimiyyət Azərbaycan mallarını alınmasını istəmir. Bunun səbəbi odur ki, Azərbaycanın valyuta qazanmasını, inkişafını istəmirlər. Buna baxmayaraq, erməni xalqı alır. Xüsusilə Azərbaycanın buket çayları İrəvanın marketlərində bir neçə ay əvvəl də satılırdı. Hətta həmin vaxt bununla bağlı cinayət işi açılmışdı.

Məsələn, ermənilər azərbaycanlıların istehsal etdiyi ərzaq məhsullarını həvəslə alırlar. ANS PRESS ötən ilin noyabrında məlumat vermişdi ki, erməni mətbuatı İrəvanın bir neçə supermarketində Azərbaycanın məşhur Lənkəran çaylarının satılmasından yazıb. Məsələ Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin ərzaq məhsullarının təhlükəsizliyi xidmətinin də diqqətini cəlb edib.

Xidmətin mətbuat katibi Armine Sukiasyan bildirib ki, hazırda Azərbaycandan Ermənistana satış üçün heç bir ərzaq gətirilmir. Amma o, əhalinin çantalarla Gürcüstandan Azərbaycan məhsullarını daşımasını da istisna etməyib: "İrəvanda satılan Lənkəran çaylarına gəldikdə, həmin çaylar Kubandan gətirilir."


Ermənilər Azərbaycan çayı içərkən


Xəbəri paylaş

7368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___