Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putini tənqid edən məşhuru Bakıya buraxmadılar
Tarix: 06-07-2015 | Saat: 19:34
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Putini tənqid edən məşhuru Bakıya buraxmadılar

Müğənni Rusiya - Gürcüstan müharibəsində də analoji addım atmışdı.
Andrey Makareviçdən (“Maşina vremeni” qrupu) sonra Putini tənqid edən daha bir rusiyalı müğənni Bakıya "buraxılmayıb".

Xeberaz.az haqqın.az-a istinadən xəbər verir ki, "Gecə snayperləri" qrupunun üzvü, məşhur rus müğənnisi Diana Arbeninanın Bakıdakı konserti təxirə salınıb.

Konsertin təşkilatçısı olan TERRA şirkəti bununla bağlı verdiyi açıqlamada bildirir: "Təəssüf ki, Diana Arbeninanın konsertini ləğv etmək məcburiyyətində qaldıq. Çox az bilet atıldı. Bakıda məşhur müğənninin kifayət qədər fanatları olsa da, bu dəfə bizim üçün uğursuz oldu. Sonra hamı təəccüblənir ki, niyə yalnız pop və repə üstünlük veririk".

Diana Arbeninanın Bakı konsertinin təxirə salınmasının səbəbi heç də satılan biletlərin sayında axtarmaq düz olmazdı. Çünki Bakıda Diana Arbeninanı gözləyənlər çox idi.

Diana Arbenina Ukrayna ilə bağlı Rusiya prezidenti Vladimir Putinin siyasətini sərt tənqid etməklə də tanınır. Ukraynada münaqişənin qızğın dövründə Arbenina bu ölkədəki konsertini ləğv etməmişdi.

Müğənni həmçinin Rusiyanın Ukraynadakı proseslərə müdaxilə etdiyi üçün sənədə qol çəkməyərək Kiyevin mövqeyini dəstəklədi.

Müğənni Rusiya - Gürcüstan müharibəsində də analoji addım atmışdı.


Diana Arbenina.

"Gecə snayperləri" qrupunun konsertləri Rusiyada da ləğv olunur. Qrupun Kiyevdə konsert verməsindən sonra Samara, Nijni Novqorod, Orel, Volqoqrad və Kazanda elan etdikəri konsertlər ləğv edilib.

Arbenina baş verənləri siyasi mövqeyi ilə izah edir: Müxtəlif səbəblər gətirilir. Klubda dam təmir edilir, şəhərin ehtiyacları üçün tədbir keçirilir. Və bütün bunlar, əlbəttə, yalandır".

Qeyd edək ki, "Gecə Snayperləri" qrupunun Bakıda konserti 11 iyulda "Yaşıl Teatr"da keçirilməsi nəzərdə tutulmuşdu. Bu barədə yayılan məlumatda qeyd olunurdu ki, əfsanəvi qrup Yaşıl Teatrda yeni albomundan mahnılar və ən yaxşı "snayper" hitləri təqdim edəcək...

Qeyd edək ki, analoji səbəblərdən Andrey Makareviçin Bakı konserti də ləğv olmuşdu.


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
11-11-2016, 10:48 Murad Arifə ağır itki

bütün xəbərlər
____ Instagram ___