“Facebook” hesabları kütləvi şəkildə silinir
Tarix: 23-03-2018 | Saat: 11:58
Bölmə:Karusel / Texnologiya | çapa göndər
“Cambrigde Analytica” şirkəti ilə bağlı qalmaqal fonunda “#deletefacebook” - “Facebook hesabını ləğv et” çağırışlı fleşmob keçirilir.
Bu barədə “Euronews” məlumat yayıb.
Bu heşteqlə çıxan məlumatlarda, populyar sosial şəbəkədən imtina və hesabın silinməsi ilə bağlı tövsiyə xarakterli resurslar təqdim olunur.
Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin 50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.
İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.
“Facebook” təsisçisi Mark Zukerberq buna görə üzrxahlıq edərək, “insanların etimadını doğrultmadığına" görə təəsüfləndiyini bildirib.
O, qalmaqalla əlaqədar Konqresdə ifadə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Zukerberq eyni zamanda bildirib ki, “#deletefacebook” aksiyasının keçirilməsinə baxmayaraq, sosial şəbəkə istifadəçilərinin sayında böyük azalma nəzərə çarpmır.
Xəbəri paylaş
7508 dəfə oxunub.
Digər xəbərlər

4-01-2018, 10:51
London derbisində 4 qol vuruldu - VİDEO
9-01-2017, 21:44
Rusiyalı hakerlər Obamanın beynini pozub - Zaxarova
5-08-2023, 10:35
Romada uşaq parkına Putinin heykəli qoyuldu - Fotolar
30-08-2017, 15:07
"3 övladımı uşaqlar evindən götürmüşəm" - Roza Zərgərli
21-05-2015, 20:35
Həftənin derbisinə sürpriz hakim
27-09-2021, 15:55
Bakıda məktəbin qarşısında polisə tabe olmayan şəxs həbs edildi
27-05-2017, 12:59
Kolanı unitaza tökün, görün nə olacaq - FOTO
17-03-2019, 06:20
ABŞ-da azərbaycanlı alim: "Hərdən özümə sual verirəm ki, mənim burada nə işim var"