Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəzaya düşən aktyor: "Hələ də inanmıram ki, salamatıq..." - FOTO
Tarix: 16-03-2018 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər



Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Həziyev Yasin Qəni oğlu idarə etdiyi "90-XL-449" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.
Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Məmmədov Firdovsi Teyyub oğlunun idarə etdiyi "10-LB-746" dövlət qeydiyyat nişanlı "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə aktyor F.Məmmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Aktyor Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib./Report/
***
Sağ qalmağımız möcüzədir, hələ də inanmıram ki, salamatıq.
Bu sözləri açıqlamasında aktyor Yasin Həzirə deyib.
Onun sözlərinə görə, qəza baş verməmişdən cəmi bir neçə saniyə qabaq maşına əyləşib və həmin anda arxadan sürətlə gələn başqa bir avtomobil onun maşınına çırpılıb:
“Nasazlıq olduğu üçün maşını yol kənarına çəkib saxlamışdım. Yerə düşdüm, təzədən əyləşəndə arxadan sürətlə gələn bir maşın mənim maşınıma çırpıldı. Ziya Bünyadov prospektində sürət 90 km/saat-dır. Təsəvvür edin, sürücü heç əyləcə də basmadı, qəza da o sürətlə baş verdi.
Heç bir xəsarət almasaq da, maşın istifadəyə yararsız vəziyyətə düşüb. Digər maşının sürücüsü isə xəsarət aldı. Onun dişləri, qabırğaları sındı. Sağ qalmağımız möcüzədir, hələ də inanmıram ki, salamatıq”.

Qeyd edək ki, Yasin Həzirənin idarə etdiyi avtomobildə başqa bir tanınmış aktyor Fərhad Səmimi də olub.



Xəbəri paylaş

1 4898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___