Alimlər XƏRÇƏNGİN ƏSL SƏBƏBİNİ aşkar ediblər
Tarix: 14-03-2018 | Saat: 17:02
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Belə hesab olunur ki, xərçəngin əsas səbəbi hüceyrələrdə müxtəlif təsirlər nəticəsində (ətraf mühit, yaşam tərzi, genetik meyl və s.) inkişaf edən mutasiyalardır.
Lakin Şotlandiya alimlərinin yeni araşdırması göstərib ki, bu əsl səbəb deyil. Dandi Universisteti alimlərinin fikrinə görə, xərçəngin əsas səbəbi immun sisteminin qocalmasıdır.
Fransa və Böyük Britaniya alimləri birgə araşdırma aparıb. Onlar 2 milyon xərçəng xəstəsi haqqında məlumatları təhlil edib və belə nəticəyə gəliblər ki, immun sisteminin yaşla bağlı zəifləməsi xərçəngin əsas səbəbi kimi qiymətləndirilə bilər.
İmmun sisteminin qocalması çəngəlvari vəzin (timus) qocalması ilə bağlıdır. Məhz burada T-huceyrələr əmələ gəlir ki, bu hüceyrələr qanda dövr edərək yad agentləri (mikrob, virus və s.) və orqanizmin mutasiyaya uğramış hüceyrələrini (xərçəng hüceyrələri) məhv edir. Xərçəng hüceyrələri insan orqanizmində daim yaranır və məhz immun sistemi onların çoxalmasının və nəticədə xərçəng şişinin əmələ gəlməsinin qarşısını alır.
İnsanın yaşı artdıqca çəngəlvari vəzin ölçüləri kiçilır və bu da T-hüceyrələrin istehsalının azalmasına səbəb olur. T-hüceyrələr azaldıqca xərçəng hüceyrələrini vaxtında məhv edə bilmir ki, bu da xərçəng hüceyrələrin artmasına, şişə çevrilməsinə gətirib çıxardır.
Maraqlıdır ki, qadınlarda çəngəlvari vəz kişilərlə müqayisədə daha gec kiçilir. Bu isə o deməkdir ki, yaşlı qadınlarda xərçəng xəstəliyinin riski daha azdır.
Alimlərin fikrinə görə, araşdırmanın nəticələri xərçənglə mübarizə etməyə kömək edəcək. Onların fikrinə görə, gələcəkdə timusun funksiyasını artırmaqla (transplantasiya və ya regenerasiya üsulu ilə) T-hüceyrələrin istehsalını artırmaq və bununla da xərçəng xəstəliklərinin hallarını azaltmaq mümkün olacaq.(saglamolun.az)
Xəbəri paylaş
1 4568 dəfə oxunub.
Digər xəbərlər

20-07-2016, 22:02
Mətbəximizdəki 6 TƏBİİ ANTİBİOTİK: dərmana ehtiyac yoxdu
12-06-2016, 15:09
Emin bu mahnı ilə qalib oldu - Video
29-10-2017, 12:21
Zəngilanın işğalından 24 il ötür
7-11-2015, 19:18
Dırnağınız ətə batırsa... - DİQQƏT
14-04-2016, 13:51
"Problemlərin həlli üçün 5 milyon avro lazımdır” – Hafiz Məmmədov
21-11-2017, 14:49
Elman Rüstəmov manatın məzənnəsi HAQDA: “...Təzyiq azalıb”
9-07-2017, 10:48
Tanınmış müğənninin ailsindəki faciə ilə bağlı YENİ FAKTLAR
7-09-2015, 20:46
Polis avtobusda oğurluq edənlərin şəkillərini yaydı - FOTO
14-04-2017, 16:24
Azərbaycandan Bodruma birbaşa aviareyslər açılır
3-07-2015, 13:55
BQXK nümayəndələri azərbaycanlı girovlara baş çəkdilər Qarabağda.