Azərbaycanlı tələbənin möcüzəli çanta ixtirası: Rüsvayçılıq - Video
Tarix: 13-03-2018 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bizim tələbələr televiziya süjetində hər hansı ixtira etdikləri iddiasını səsləndirməyiblər.
Bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov sosial şəbəkədə yayılan anlaşmazlığa münasibət bildirərkən söyləyib.
Bəhruz Nəzərovun sözlərinə görə, hər hansı startup heç də bir ixtiranın olmasını şərt kimi ortaya qoymur: “Yəni vacib deyil ki, yeni bir ixtira olsun. Bizim tələbələr telekanala müsahibə zamanı ixtira elədiklərini deməyiblər. Onlar həmin çantanı internet vasitəsi ilə sifariş veriblər, amma üzərində yeni əlavələr, dəyişiklik və təkmilləşdirmə işləri aparıblar.
Heç bir ixtiradan söhbət gedə bilməz. Həmin videoda da çantanın loqosu göstərilir. Təkmilləşdirilən çanta şirkətdən sifariş olunub.
Tələbələrimiz orijinalın üzərində 43 faiz yenilənmə aparıblar. Çantanın üzərinə “mobil aplikeyşn” yazılıb. Addım və əl hərəkəti ilə enerji yığır. Hardasa 3-4 yenilik əlavə edilib. Onu təkmilləşdirənlər 18-20 yaşlı tələbələrdir və bu, mütərəqqi addımdır”.
Qeyd edək ki, sosial şəbəkədə ADNSU-nun tələbələri tərəfindən təkmilləşdirilən çanta barədə Xəzər TV-nin hazırladığı süjet müzakirələrə səbəb olub.
Müzakirələrdə qeyd edilir ki, süjetdə ixtira edildiyi deyilən çanta onlayn sifariş əsasında ölkəyə gətirilib və heç bir ixtiradan söhbət gedə bilməz.
Xəbəri paylaş
1 6608 dəfə oxunub.
Digər xəbərlər

26-09-2020, 17:06
DTX əməliyyat keçirdi: Bu şəxslər saxlanıldı - Video
1-03-2016, 13:12
Nefti sürətlə bahalaşır - 37 dolları keçdi
11-11-2016, 11:12
“Telefonumda bir oğlan mesajı da yoxdur...” - Nigar
3-06-2016, 20:55
ABŞ ilk dəfə Aralıqdan İŞİD-i vurdu - Təcili
8-04-2018, 10:01
Düşmən atəşkəsi 86 dəfə pozub
23-09-2017, 11:00
Azərbaycana payız gəldi
19-04-2017, 13:20
Aysel özünə yeni sevgili tapdı-"Yetim” ləqəbli
4-02-2020, 15:33
Azərbaycanda bu xanım deputatlığa namizəddir - FOTOLAR
10-10-2017, 15:05
Tanınmış müğənni "Maşın şou"dan uzaqlaşdırıldı: "Sən kişi deyilsən"
3-11-2015, 17:21
Bakıda HƏYƏCAN: özünü çoxmərtəbəli binadan atmaq istəyir