Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dərbənddə vəzifəli azərbaycanlı tutuldu (FOTO)
Tarix: 06-07-2015 | Saat: 15:51
Bölmə:Karusel / Dünya / M2 / Fotogalereya | çapa göndər

Dərbənddə vəzifəli azərbaycanlı tutuldu (FOTO)
Şəhərin Yaşayış Kommunal Xidməti İdarəsinin rəis müavini narkotika üstündə yaxalanıb.
Dərbəndin Yaşayış Kommunal Xidməti İdarəsinin rəis müavini narkotik vasitələrin saxlanılmasına və alqı-satqısına görə tutulub.

ANS PRESS-in məlumatına görə, hadisə iyunun 30-da baş verib. Dağıstanın Dərbənd şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əslən azərbaycanlı Elxan Kazımov saxlanılıb.


Elxan Kazımov


Dərbənd polisi

Heroin

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Dərbəndin Yaşayış Kommunal Xidmət İdarəsinin rəis müavini işləyən E.Kazımovun üzərinə baxış zamanı ondan narkotik maddə - heroin aşkarlanıb.

Onun tutulması faktını Dağıstanın Daxili İşlər Nazirliyi də təsdiqləyib və bildiriblər ki,onun üzərindən 1qram narkotik mənşəli maddə tapılıb. Hazırda fakt üzrə cinayət işi açılıb. istintaq aparılır.

Xatırladaq ki, Elxan Kazimov Dərbəndin Təhsil İdarəsinin qəisi Nadir Kazımovun doğma qardaşıdır. Onun kabinetində də dəfələrlə axtarışlar aparılıb. E.Kazimov indiki şəhər administrasiyası işindən əvvəl hüquq-mühafizə orqanlarında xidmət edib. O, Dərbənddə cinayət axtarışı şöbəsinin müdiri olub və sonra yerli narkotikaya nəzarət bölməsinə keçib.

Dağıstan Respublikasında şəhər olan Dərbənd Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir. "Dərbənd" sözü türk "dar" və fars "bənd" köklərindən törəyib, "dar keçid" deməkdir. Şəhər tarixdə Bab əl-Əbvab ("böyük qapı") və Dəmirqapı adlarıyla da tanınıb.



Dərbəndin görüntüsü


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
3-08-2017, 10:04 "Facebook"dan yenilik

bütün xəbərlər
____ Instagram ___