"BakuBus"da dava edən sürücü - SAXLANILDI
Tarix: 12-03-2018 | Saat: 15:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
"BakuBus" avtobusunun sürücüsü ilə dava edən şəxs saxlanılıb.
Xəbər verdiyimiz kimi, fevralın 18-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus “99-JX-256” dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün, qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış “99- AL-789” dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu.
Artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat “BakuBus” MMC-yə daxil olub. Bununla bağlı "BakuBus" MMC-nin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, məsələnin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis bölməsi tərəfindən həyata keçirilib. Hadisəni törədən şəxs N. Musayev polis bölməsinə gətirildikdən sonra tutduğu əməldən peşmanlıq hissi keçirdiyini bildirib və avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib. Bununla belə polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N. Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib.
“BakuBus” MMC bir daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, ictimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə dəvət edir.
Xəbəri paylaş
8928 dəfə oxunub.
Digər xəbərlər

25-08-2016, 22:06
“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun
6-03-2016, 10:56
Bu günə olan hava proqnozu
3-05-2018, 14:21
Şimşək çaxacaq, yağış yağacaq
26-03-2016, 21:20
Məhəmməd Sadaxlı torpağa tapşırılıb
31-08-2016, 15:35
TANINMIŞ STİLİST SAMİRA ƏLİYEVA YENƏ TƏƏCCÜBLƏNDİRDİ – FOTOSESSİYA
11-06-2015, 17:49
“Bəzi dairələr İlham Əliyevi yönləndirməyə çalışır” – Əli Həsənov
6-02-2023, 13:39
Azərbaycanda güclü zəlzələ baş verə bilər? - AÇIQLAMA
28-12-2016, 14:37
Manana: "Valideynlərimin haralı olduğunu bilmirəm" - VİDEO
19-08-2022, 12:35
Sabaha olan hava proqnozu AÇIQLANDI