Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ləman Ələşrəfqızı Mirşahinin televiziyasından danışdı: “Mən də ora gedirəm”
Tarix: 28-02-2018 | Saat: 16:13
Bölmə:Karusel / Gündəm | çapa göndər


Xəbər verdiyimiz kimi, Mirşahin Ağayev özünə yeni televiziya açır. ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı, Azadə Balayeva, Afət Telmanqızı və bir sıra aparıcıların yer aldığı "REAL TV"nin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirilir.

Artıq "Facebook"da televiziyanın rəsmi səhifəsi də açılıb. Məlumata görə, "REAL TV" bir müddət internetdən, daha sonra peyk yayımına keçəcək.

Ləman Ələşrəfqızı modern.az-a açıqlamasında yeni telekanala getdiyinə görə "Azərxalça”dakı işindən ayrılacağını bildirib:

"Mənə təklif gəlib və mən həmin televiziyaya gedirəm. Mən jurnalistikaya bağlıyam, jurnalistika üçün darıxıram. Mətbuat katibliyində özümü tapa bilmədim. Təki işlərimiz "REAL”laşsın. Hər şey qaydasında olacağı təqdirdə tamaşaçılarımız bizi yenidən görə biləcəklər”.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda ANS-in vitse-prezidenti Mirşahin Ağayevin internet televiziya açması ilə bağlı xəbər yayımlanmışdı. Məlumatda kollektivin sınaq çəkilişlərinə başladığı qeyd edilirdi.
[email protected]



Xəbəri paylaş

1 0208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___