Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər
Tarix: 28-02-2018 | Saat: 13:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini nümayiş etdirən pasport reytinqini dərc edib.
Bu reytinqdə 75-ci yeri tutan Azərbaycan pasportu 63 ölkəyə vizasız səfər etmək hüququ verir.
Reytinqdə 45-ci olan Rusiya pasportu 114 ölkəyə vizasız səfər etmək hüququ verir. Türkiyə 110 reytinqlə (vizasız səfərin mümkün olduğu ölkələrin sayı) 49-cu, Gürcüstan 100 reytinqlə 54-cü, Ermənistan 59 reytinqlə 78-ci, İran 38 reytinqlə 98-ci pillədə qərarlaşıb.
Bu ildə reytinqin liderləri Yaponiya və Sinqapur olub. Bu ölkələrin vətəndaşları viza almadan 180 ölkəni ziyarət edə bilərlər.
2014-cü ildən bu göstəricidə birinci sırada qərarlaşmış Almaniya pasportu ilə indi 179 ölkəyə vizasız səfər etmək mümkündür.
Siyahıda üçüncü yeri eyni anda yeddi ölkə bölüşüb. Bunlar vətəndaşlarının vizasız 178 ölkəyə giriş hüququ olan İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveç və Cənubi Koreyadır.
Daha əvvəl viza məhdudiyyətlər indeksi kimi tanınan pasport indeksi 2006-cı ildən etibarən İsveçrənin "Henley&Partners" şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası (IATA) ilə əməkdaşlıq ilə tərtib olunur.
Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır.
Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir.
Xəbəri paylaş
8938 dəfə oxunub.
Digər xəbərlər

25-03-2015, 18:27
Müğənnini soyundurub vəhşicəsinə döydülər
11-12-2017, 10:39
Dado boşanmaları haqda-"Mən kişiyəm,pula satılan məxluqların.."
17-03-2017, 12:22
Gicitkənin saymaqla bitməyən faydaları
15-11-2015, 20:32
Gəlin qaynanasını döyüb xəstəxanalıq etdi
9-11-2015, 11:45
Röya Türkiyədə 7-ci oldu
4-05-2017, 18:49
Aytac Vidadiqızı ana olduqdan sonra ilk olaraq bunu etdi - VİDEO
4-03-2016, 15:52
Unikal xəstəlik: "şüşə qadın" tərpənməyə qorxur - FOTO
26-02-2023, 12:18
Bakıda məzar daşlarının DƏHŞƏTLİ QİYMƏTLƏRİ - 280 min manat - VİDEO
26-01-2016, 12:39
Bakının buzlu yollarında sürüşən avtobuslar (VİDEO)
21-06-2019, 16:52
Ali Məhkəmə sədrinin maaşı artırılır-"3712 manat"