Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA
Tarix: 26-02-2018 | Saat: 20:04
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bu universitetdə təhsil alan əcnəbi tələbələrin xaric edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Rektor trend-ə açıqlamasında bildirib ki, tələbələrin universitetdən qovulmasının səbəbkarı özləridir.
N.Əliyeva qeyd edib ki, tələbələrin qovulmasının səbəbi onların ölkədə müvəqqəti yaşamaq üçün icazəni qanunsuz olaraq, artıq müddətə almasıdır: "Belə bir qayda var ki, əcnəbi tələbələr Azərbaycanda yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən icazə alırlar. Bu zaman mərhələ-mərhələ, kiçik müddətlərlə icazə alınır. Onlarsa gedib birdən-birə 5 illik icazə alıblar. Bu da qanunaziddir. Ona görə də o tələbələr qovulurlar. Dövlət Miqrasiya Xidmətinin özü də deyir ki, o tələbələr qovulmalıdırlar. Hələliksə tələbələrdən heç biri qovulmayıb. Onların qovulması hələ sual altındadır. Çünki Dövlət Miqrasiya Xidməti onlara icazə versə, qalacaqlar, əgər verməsə, gedəcəklər. Buna görə də hazırda qovulan tələbə yoxdur".
N.Əliyeva hazırda magistraturada təhsil alan 2 əcnəbi tələbənin bununla bağlı probleminin olduğunu söyləyib.
[email protected]
Xəbəri paylaş
9288 dəfə oxunub.
Digər xəbərlər

26-09-2017, 17:26
"Sevimli Mahnı" verlişinin növbətdi buraxılışı yayımlanıb
30-04-2016, 20:26
“Samanyolu” bu gündən bağlanır
23-07-2022, 10:12
Pomidorun qiyməti niyə bahalaşıb?
21-06-2016, 10:41
Bakıda həkimlər xəstəyə dəhşətli işgəncə verdi
28-06-2016, 17:52
Əsəd cəbhə bölgəsində – Video
5-05-2017, 01:03
Mehriban Nurayın sarı rəng sevgisi – FOTOLAR
15-01-2016, 19:53
142 həkim saxta diplomla işləyirmiş - Nazirlik
10-01-2016, 13:34
Burhan Tüzer Şakirdən yazdı.
5-04-2018, 17:11
Cümhuriyyətlə yaşıd olan azərbaycanlılar...
15-10-2016, 15:50
Leyla Əliyevanın qızı Əminə ilə yeni fotosu (FOTO/VIDEO)