Maşın qaçırıb, arvad-uşağıyla yasa getdi
Tarix: 23-02-2018 | Saat: 12:29
Bölmə:Karusel / Hadisə | çapa göndər
Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə "102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus "VAZ-21099” markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman avtomobili qaçıranın arvadı və 5 övladı da maşında olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub. Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçırıb, ailə üzvlərini də götürüb, Salyan rayonuna, hüzr yerinə yollanıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.
Xəbəri paylaş
7698 dəfə oxunub.
Digər xəbərlər

27-11-2016, 09:48
Liviyada İŞİD-lə mübarizədə - 8 hərbçi öldü
24-09-2015, 22:58
DW: Rusiya Qarabağın bir hissəsini Azərbaycana qaytarır
22-02-2019, 10:44
Sona: "Hüseyn Dəryayla xoş gün yaşamamışam"
31-07-2015, 12:37
Qaraçuxurda 6 sot torpaq satılır sotu 28000 manat
5-02-2016, 18:58
Ramil Usubov bu bölgələrdə sakinlərlı görüşəcək
17-09-2015, 16:12
Azərbaycan Dövlət Aqrar Universitetində “Bilik günü” qeyd olunub
28-08-2015, 12:45
Səhiyyə Nazirliyindən dərman qıtlığı xəbərinə- Reaksiya
29-01-2016, 15:16
“Avis” apteklər şəbəkəsinin sahibi həbs olundu
11-11-2023, 11:37
Bakıda qəzalı hasar uçdu: Avtomobillər yararsız hala düşdü - VİDEO
14-10-2016, 11:26
Uşaqları qrip peyvəndi etdirək, ya yox? - PEDİATR MƏSLƏHƏTİ