Azərbaycanın müdafiə naziri: "Müharibə hər an başlaya bilər"
Tarix: 19-02-2018 | Saat: 22:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.
General-polkovnik Z.Həsənov cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib.
Nazir qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər.
T.Klaar isə, öz növbəsində, Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Xəbəri paylaş
6078 dəfə oxunub.
Digər xəbərlər

11-06-2016, 12:58
Məşhur müğənni konsertində güllələndi
21-11-2021, 11:42
ÜST-dən XƏBƏRDARLIQ: Qapanma olmazsa, ölüm sayı artacaq
8-07-2021, 23:14
Bu dəfə Şəhid anası icra başçısını İFŞA ETDİ - NARAZILIQ!
8-01-2017, 13:34
"Türk Hava Yolları" reysləri təxirə saldı, Bakıya da uçmurlar
10-10-2016, 20:20
Salyanda su arxında hərbi sursat tapıldı - Foto
23-06-2022, 11:34
“Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - FOTOLAR
24-12-2016, 11:51
Prezident xalq üçün ucuz evlərin təməlini qoydu
15-03-2022, 17:32
Ərdoğanın davranışını təkrar etmək istədi: Çətin vəziyyətə düşdü - VİDEO
5-10-2015, 00:05
Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Yenilənib
20-01-2019, 16:09
Sabah hava necə olacaq?