Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb
Tarix: 19-02-2018 | Saat: 13:09
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


2018-2019-cu tədris ili üçün I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən trend-ə verilən məlumata görə, Bakı şəhəri üzrə I sinfə qəbul fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də başlayacaq. Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.
Yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul ərazi prinsipi əsasında aparılır. Bu isə paytaxtın təxminən 15 faiz məktəbini əhatə edir. Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində I sinfə qəbul prosesində ərazi prinsipi tətbiq olunmur.
2018-2019-cu tədris ili üzrə Bakı şəhəri üzrə I sinfə 50 000-dən çox uşağın qəbulu gözlənilir.
Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.
2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib.
• 2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___