Ziya Məmmədovun İsmayıllıdakı villası yandı
Tarix: 19-02-2018 | Saat: 12:43
Bölmə:Karusel / Hadisə | çapa göndər
İsmayıllı rayonunda ötən gecə yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu məlum olub.
Hadisə fevralın 19-da saat 4:00 radələrində rayonun Buynuz kəndində qeydə alınıb.
Meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.
Yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.
Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.
Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.
Buynuz kəndi rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyi və yanğın barədə FHN-nə gec məlumat verildiyi üçün alovun qarşısını almaq çətin olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
7948 dəfə oxunub.
Digər xəbərlər

14-05-2018, 14:37
Sabah 29 dərəcə isti olacaq
8-06-2020, 19:54
Ceyhun Bayramovdan tələbələrin təhsil haqları ilə bağlı TAPŞIRIQ
20-09-2016, 18:20
İlham Əliyevdən sensasion - Açıqlamalar +Video
8-08-2019, 11:30
Rəisi intim görüntüləri ilə şantaj etdilər - Azərbaycanda
22-12-2016, 17:55
Rihanna yoxsa cazibədar Günay İbrahimli ? - FOTOLAR
6-02-2019, 13:50
Ötən il meşələrdən 59,7 ton meyvə yığılıb
19-04-2022, 20:16
SON DƏQİQƏ: Polis yenə Manaf Ağayevi saxladı - AÇIQLAMA+FOTO
20-09-2021, 14:08
Yalan danışan adamlarda bu xəstəlik yaranırmış — ŞOK FAKT
8-11-2017, 09:00
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib
29-05-2022, 12:37
Mərdan Camalovun xalası oğlu Azad Məmmədov Beyləqan QAİ-sində …. - Kim gündə bir içkili sürücü gətirməsə, ərizəsini yazsın…