Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evlilik astanasında olan cavanlara tövsiyə - ailədə sülhün əsas şərti
Tarix: 17-02-2018 | Saat: 12:12
Bölmə:Karusel / İbadət | çapa göndər



Ailə qurmaq istəyən hər bir cavan gərək bilsin ki, ailə kiçik bir cəmiyyətdən ibarətdir. Bu cəmiyyəti idarə etmək də ailə başçısının vəzifəsidir. Ailə başçısı əgər bu kiçik cəmiyyətdə münaqişələrin və davaların qarşısını almaq istəyirsə, gərək güzəşt əhli olsun və kiçik məsələləri şişirtməsin.
 
Həzrət Peyğəmbər (s) bütün ümmət üçün bir örnək insan idi. Əgər onun həyatına nəzər salsaq, görərik ki, onunla eyni fikirdə olmayan çox sayda insanlarla rastlaşmasına baxmayaraq, güzəşt əhli olduğu üçün onların hamısının öhdəsindən gələ bilir. Həzrət Rəsulu (s) küçələrdə təhqir edərdilər, üzərinə torpaq tökərdilər, onu alçaltmaq istəyərdilər, ancaq Allah ona əmr etmişdi ki, güzəşt et. “Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə”. (“Ali-İmran” 159).
 
Yəni, baxmayaraq ki, siz haqlısınız, ancaq gərək güzəşt edəsiniz. O zaman ki, iki tərəf dava edər və tərəflərdən biri Peyğəmbər (s) savayı rəftar göstərib güzəşt edərsə, o biri tərəf də etdiyi əməldən peşman olacaqdır.
 
Ona görə də ailə qurmaq istəyən hər bir cavan yadda saxlamalıdır ki, ailədə güzəşt olmazsa, o ailənin ömrü də uzun olmaz. Güzəşt etmək və qarşı tərəfin nöqsanlarına göz yummaq – ailəni daha uzunömürlü və xoşbəxt edər.
 
İmam Hüseyn (ə) buyurur: “Ən çox güzəşt edən kəs odur ki, qüdrəti olan zaman güzəşt edər”. (Erfan)
 
Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə güzəşt edin ki, kinlər aranızdan getsin”.
 
İmam Əli (ə) buyurur: “Ən pis insan o kəsdir ki, başqasının xatasını bağışlamasın və eybini örtməsin”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, bəndələr Allah qarşısında dayanarlar, nida edən car çəkər: “O kəsin ki, muzdu Allahladır, behiştə getsin”. Soruşarlar ki, kimin muzdu Allahladır? Deyərlər: “İnsanlara güzəşt edənlərin”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim xatalardan keçər, Allah da ondan keçər. Hər kim güzəşt edər, Allah da ona güzəşt edər”.
 
İmam Cavad (ə) buyurur: “Üç sufətlə (başqalarının) sevgisini əldə edin:
-            rəftarda insaflı olmaq,
-            çətinliklərdə həmdəm olmaq,
-            pak qəlbə geri qayıtmaqla”.
(deyerler.org)


Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___