Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baş prokurorun birinci müavini: “Prezident seçkilərində hamımız vicdanla, namusla işləməliyik”
Tarix: 15-02-2018 | Saat: 12:53
Bölmə:Karusel / Gündəm | çapa göndər



“Azərbaycanda hüquqi dövlətin bazası möhkəmləndirilib. Ölkədə mövcud olan siyasi sabitlik, demokratik prinsiplər seçkilərin şəffaf şəraitdə keçirilməsinə tam imkan verir”.
Bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.
O qeyd edib ki, burada prokurorluq orqanlarının da funkisiyası var: “Ölkədə prokurorluq orqanları seçkilərin keçirilməsində qanunçuluğa əməl edilməsinə nəzarət edir. Bu prosesdə qanuna ziddi hərəkətə yol verənlərin məsuliyyətə cəlb olunması əsas məsələlərdəndir. Qanunvericiliyi pozanlar ciddi şəkildə cəzalandırılacaqlar. Azərbaycanda keçirilən seçkilərdə ən çox şikayət bələdiyyə seçkiləri zamanı daxil olub. Bu da həmin seçkinin daha kütləvi olmasıdır. 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına 6 müraciət daxil olub. Bu şikayətlər üzrə də müvafiq addımlar atılıb”.
R.Usubov əlavə edib ki, əvvəlki seçkilərdə bəzi nöqsanlar olub, amma son illərdə qanun pozuntularına yol verilmir. O bildirib ki, prokurorluq orqanları dairə seçki komissiyaları ilə əməkdaşlıq edir.
R.Usubov deyib ki, seçkilərin gedişinə qanunsuz müdaxiləyə yol verilməyəcək: “Buna yol verənlərlə bağlı cəzalar Cinayət, İnzibati Xətalar məcəlləri ilə tənzimlənir. Hər bir kəs qanunvericiliyə əməl etməlidir. Bu dövlətin tədbiridir, hamımız vicdanla, namusla çalışmalıyıq. Elə olmalıdır ki, seçki bitəndən sonra üzümüz ağ, alnımız açıq bir-birimizin üzünə baxa bilək”.
Qeyd edəkki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___