Bakıda silahlı narkobaron saxlanıldı - FOTO
Tarix: 14-02-2018 | Saat: 12:49
Bölmə:Karusel / Hadisə | çapa göndər
Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polis tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zamanı ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq "BLOW Maqnum Voltran" markalı tapança aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6198 dəfə oxunub.
Digər xəbərlər

27-08-2015, 20:29
Müdafiə naziri bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb
19-09-2021, 11:41
Kişilərin qadınlarda sevdiyi 5 "QÜSUR"
26-06-2016, 11:08
Azərbaycanda borc vermək qaydası dəyişir – MÜHÜM YENİLİK
3-03-2017, 13:42
Fatimənin makiyajsız fotoları
10-10-2016, 20:00
“Bank Standard”ın əmanətçilərinə şad xəbər
28-06-2015, 12:16
Türk həkimin xərçəngin müalicəsində inqilabı (FOTO)
4-02-2021, 09:32
"Bu ilin sonunadək insanlar da çipləşdiriləcək" - Mask
11-11-2020, 21:12
İrəvana daha 8 təyyarə sülhməramlı gətirildi
24-06-2015, 12:51
Culia Robertsin 30 milyonluq evi - FOTOSESSİYA