Millimizin iki üzvü Türkiyədə bombardir oldu
Tarix: 12-02-2018 | Saat: 10:59
Bölmə:Karusel / İdman | çapa göndər
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalarda Azərbaycan millisinin üzvləri müxtəlif nəticələr qazanıblar.
Belə ki, Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Eczaçıbaşı” ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda “sarı-lacivərdlilər” 1:3 hesablı məğlubiyyətə üzülüblər. Polina matçda hamıdan çox – 21 xal toplasa da, bu qalibiyyət üçün yetərli olmayıb.
Millimizin digər oyunçusu Yana Kulanın çıxış etdiyi “Beylikdüzü” turu 2 xalla başa vurub. Onlar səfərdə digər yığma üzvü Marqarita Əzizovanın şərəfini qoruduğu “Beşiktaş”ı 3:2 hesabı ilə məğlub ediblər. Kulan görüşdə 28 xal toplamaqla komandasının və matçın bombardiri olub. Əzizova isə 2 xalla yadda qalıb.
Yığmamızın kapitanı Odina Bayramovanın formasını geyindiyi “Seramiksan” isə “İlbank”la qarşılaşmada 3 xala yiyələnib. 3:0 hesablı qələbədə cəmi bir setdə meydanda olan təmsilçimizin heç bir zərbəsi dəqiq alınmayıb.
Qeyd edək ki, 19 turdan sonra “Fənərbaxça” 43 xalla turnir cədvəlində 3-cüdü. Aktivində 22 xalı olan “Seramiksan” 8-ci, eyni xala malik “Beşiktaş” 9-cu, 21 xal yığan “Bəylikdüzü” isə 10-cudu.
Xəbəri paylaş
5428 dəfə oxunub.
Digər xəbərlər

30-09-2015, 21:04
Azərbaycanlı alim: Yerin fırlanma sürətində dəyişiklik olacaq
1-08-2019, 22:11
“Neftçi” Bakıda “Arsenal”a qarşı - YENİLƏNİR
4-05-2017, 11:47
Bakıda ŞOK - Qayınana gəlininin porno görüntülərini oğluna göstərdi
31-05-2016, 14:26
Diktator ballistik raketini ata bilmədi
20-03-2015, 00:11
"30 ilin iynə vuranıyam, nervimlə oynamayın!" - VİDEO
1-04-2016, 12:12
Suriyada terror — Yaralananlar var
17-03-2017, 19:40
Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib - FOTO
12-08-2022, 11:57
Sənətçinin yeni mahnısı “Məmnunam” adlanır.
15-12-2022, 11:39
İndi hamını maraqlandıran bir sual var: Dünya Kubokunu kim qazanacaq?
14-04-2017, 09:52
Səfir: "Azərbaycanla İsveçrə uzun illərdir uğurlu əməkdaşlıq edir"