Yeni yaradılan institutda təhsil pulsuz olacaq – VİDEO
Tarix: 11-02-2018 | Saat: 11:19
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də strukturuna daxil edəcək yeni İlahiyyat İnstitutu dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq. Ən maraqlısı isə odur ki, İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Xəzər TV-yə deyib ki, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir.
Dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan yeni təhsil ocağına hazırda inzibati bina axtarılır.
İnstitut üçün yataqxana ayrılması da planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.
Gündüz İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz.
Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq. Çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.
Xəbəri paylaş
7878 dəfə oxunub.
Digər xəbərlər

16-06-2020, 23:15
Yas mərasimləri bu qaydalarla keçirilməlidir
9-12-2016, 11:43
Hadisə və Demet Bakıda 625 min qazanacaq - 3 saatlıq çıxış...
13-01-2016, 14:02
Bakıda oğru aptek işçisinin əlindəki pulu alaraq qaçdı
18-05-2023, 11:34
Anasını küçədə öldürən şəxs: “TikTok”da kişilərlə yazışırdı, atama xəyanət etdi, məktəbə gedə bilmirdim”
23-03-2020, 22:49
Nazirlər Kabineti: Fövqəladə rejimin elan olunmasına hələ ehtiyac yoxdur
15-03-2017, 10:41
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib
9-10-2015, 13:19
Azərbaycanda kredit götürənlərin sayı niyə artır?
27-12-2018, 16:27
Mübariz Qurbanlı yeni vəzifəyə seçilib
7-01-2016, 13:59
Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO