Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentliyə daha bir namizəd irəli sürüldü
Tarix: 10-02-2018 | Saat: 14:42
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər



Müasir Müsavat Partiyası Siyasi Şurasının iclası keçirilib.

İclasda çıxış edən partiya sədri Hafiz Hacıyev qarşıdakı Azərbaycan Prezidenti seçkilərindən danışıb.
 
O qeyd edib ki, prezident seçkilərinin aprel ayında keçirilməsi qanunvericiliyə uyğundur: "Seçkilər ölkənin Konstitusiyasına uyğun keçiriləcək. Bəzi özlərini müxalif adlandıran, "Soros" və digər xarici qüvvələrdən, ermənilərdən maliyyələşən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Biz buna imkan verməyəcəyik".
 
Daha sonra iclasın gündəliyi təsdiqlənib. İclasın gündəliyinə əsasən Müasir Müsavat Partiyasından prezident seçkilərində namizədin irəli sürülməsi müzakirə edilib. Müzakirələrdən sonra partiya sədri H.Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təklif olunub.
 
Təklif səsə qoyulub və H.Hacıyevin Müasir Müsavat Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi qəbul olunub.



Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___