Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Əhmədov: Seçicilər İlham Əliyevi dəstəkləməklə Azərbaycanın növbəti 7 ildə inkişafına səs vermiş olacaqlar
Tarix: 10-02-2018 | Saat: 14:36
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər

Əli Əhmədov: Seçicilər İlham Əliyevi dəstəkləməklə Azərbaycanın növbəti 7 ildə inkişafına səs vermiş olacaqlar
Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli ümumrespublika müşavirəsi keçirilir.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də prezident seçkilərinin keçiriləcəyini bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı Prezident İlham Əliyevin bu seçkilərdə namizədliyini irəli sürüb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunub. Bu reallıqlar Prezident İlham Əliyevin siyasi reytinqini daha da artırıb. Ə.Əhmədov qeyd edib ki, insanlar İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaqlar, öz ailələrinin inkişafı üçün səs vermiş olacaqlar:
"Azərbaycanın inkişafı hər bir ailənin inkişafı deməkdir. Bizim üzərimizə düşən şərəfli vəzifə isə seçki kampaniyasının demokratik ənənələrə uyğun keçirilməsi üçün fədakarlıq etməkdir. İnanıram ki, biz bu seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik".
Ümumrespublika müşavirəsi işini davam etdirir.



Xəbəri paylaş

6918 dəfə oxunub.

Digər xəbərlər
30-12-2016, 11:23 Naşükürlüyün 3 amili

bütün xəbərlər
____ Instagram ___